“Karabakh Telecom”un taleyi necə oldu? – AÇIQLAMA

 

“Uzun illər işğal olunmuş ərazilərimzidə biznes quran “Karabakh Telecom”un taleyi necə oldu?”.

“Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz buna aydınlıq gətirib.

Osman Gündüz xatırladıb ki, müharibənin qızğın çağında, təxminən oktyabr aylarında, qondarma rejimin qondarma “başçısı” Araik Arutunyan “Karabakh Telecom”u hərbçilərin köməyi ilə hərbi məqsədlər üçün ələ keçirərək özəlləşdirmişdi:

“Sonradan bizim ordumzun dəqiq zərbələri ilə qurumun fəaliyyəti dayandırılmışdı. Həmin dövrədək “Karabakh Telecom”a livanlı Fatuş qardaşları, Pyer və Musa Fatuş sahiblik edirdilər, Kanada ermənisi isə Qarnegi Odabaşyan da onu idarə edirdi. Təxminən 20 il ərzində, 2002-ci ildən sonra bu qurum ərazilərimizdə qanunsuz fəaliyyət göstərib. Baxıram ki, “Karabakh Telecom” indi də sakitcə Xankəndində və ətraf rayonlarda fəaliyyətini davam etdirir. Mobil internet, fiber optik və sabit şəbəkə üzərindən digər rabitə xdimətləri təklif edir.

Ermənistanın bütün telekommunikasiya və internet şəbəkəsinə Rusiya şirkətləri rəhbərlik edir və güman ki, elə onların köməyi ilə də “Karabakh Telecom” yenidən Xankəndində telekommunikasiya xidmətlərini bərpa edə bilib.

Görəsən, bizim Baş Prokurorluq 20 il ərzində “Karabakh Telecom” şirkətinin qanunsuz biznesi ilə bağlı hansısa addımlar atırmı? “Hazırda “Karabakh Telecom” hansı beynəlxalq rabitə resurslarından istifadə edir?

Bu şirkət qanunsuz fəaliyyət göstərdiyi 20 il ərzində təxminən 15 milyon dollar investisiya yatırmışdı, 70 baza stansiyası vardı, 100 mindən çox mobil istifadəçisi qeydiyyatdan keçmişdi”.

Osman Gündüz qeyd edib ki, Azərbaycan hökumətinin uzun illər davam edən etirazlarına baxmayaraq şirkət Ermənistana və Beynəlxalq Telekommunikasiya İttifaqından qanunsuz olaraq əldə etdiyi mobil kodlardan istifadə edərək işğal olunmuş ərazilərimizdə fəaliyyət göstərib:

“Əgər prokurorluq Fatuş qardaşlarını axtarırsa, təxmini istiqamət verə də bilərəm, onlar adətən bütün dünyada işğal olunan ərazilərdə, beynəlxalq birliklərin tanımadığı ərazilərdə biznes qururlar. Güman etmək olar ki, onlar Krımdadırlar, 2014-cü ildə onların orada mobil rabitə biznesləri olub.

Fikrimcə, Pyer və Musa Fatuş haqqında, yaxud elə indiki sahibi Arutunyan haqqında konkret bu məsələlərlə bağlı, Azərbaycana vurulmuş ziyanın ödənilməsi ilə bağlı aidiyyatı beynəlxalq qurumlara müraciət etmək doğru olardı”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password