Yağışlı havada selfi çəkən gəncləri ildırım vurdu – FOTO

 

Yağışlı havada selfi çəkmək həvəsi britaniyalı üç bacı-qardaş üçün xəstəxanada bitib.

Bu barədə BBC xəbər yayıb.

Bildirilir ki, qohumlarını velosipedlə ziyarətə yollanan gənclər yolda leysana düşürlər. Buna görə yağışdan gizlənmək üçün bir ağacın altında toplaşırlar. Həmin anı əbədiləşdirmək üçün selfi çəkmək istəyiblər.

Birinci foto uğurlu alınsa da, ikinci cəhddə ildırım onları vurur. Həmin an kadrlara da düşüb.

Gənclər huşsuz vəziyyətdə və güclü yanıqlarla yoldan keçənlər tərəfindən xəstəxanaya yerləşdiriliblər.

Hazırda onların vəziyyəti normal qiymətləndirilir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password