“Hakimiyyətə gələcəyi halda “Taliban”la əməkdaşlıq edəcəyik” – Britaniyanın müdafiə naziri

 

“Əfqanıstanda on illərlə sürən münaqişədən sonra Prezident Əşrəf Qəni hakimiyyəti “Taliban”la bir yerdə işləməlidir”.

“Sputnik Afqanistan” xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles “Daily Telegraph”a müsahibəsində bildirib.

Nazir bildirib ki, hakimiyyətə gələcəyi təqdirdə “Taliban”la əməkdaşlıq etməyə hazırdırlar: “Hakimiyyətdən asılı olmayaraq Britaniya hökuməti onlarla beynəlxalq hüquq normaları yerinə yetiriləcəyi şərti daxilində əməkdaşlıq edəcək”.

Nazirin sözlərinə görə, onlar insan hüquqlarını pozarlarsa krallıq istənilən əlaqəsinə yenidən baxacaq.

O, ölkəsinin “Taliban”la perspektivdə əlaqəsinin ziddiyyətli olacağını etiraf edib. Bununla belə o, Əfqanıstan Prezidenti Əşrəf Qəni və “Taliban”ı ölkənin əmin-amanlığı, inkişafı üçün bir yerdə işləməyə çağırıb.

Qeyd edək ki, ABŞ və NATO qoşunlarını Əfqanıstandan çıxarır. “Taliban” qruplaşması isə ölkə ərazisinin 85 faizinə nəzarət etdiyini iddia edir.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password