“Monte Ferro Aqroparkı” Şimal Qərb regionu ərazilərində fındıq bağlarının salınması layihələrini uğurla həyata keçirməkdədir

 

Məlum olduğu kimi Prezident İlham Əliyevin yeritdiyi regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramları çərçivəsində uğurlu aqrar siyasət artıq müsbət nəticələrini verməkdədir. Bunun üçün yaradılan müasir infrastruktur, suvarma sistemləri, ayrılan maliyyə dəstəyi və subsidiyalar, aqrar sektora vergi güzəştləri kəndliyə son illərdə bol məhsul yetişdirməsi üçün geniş imkanlar yaradıb. Dövlət başçısının aqroparkların yaradılması ilə bağlı 2014-cü ildə imzaladığı müvafiq fərman məhz bu problemlərin aradan qaldırılmasına  yönəlib. 

2016-ci ildə təsis olunmuş  “Monte Ferro Aqroparkı” MMC-nin mətbuat xidmətindən verilən məlumatlara görə bu günə qədər şirkət ölkəmizin  Şimal Qərb regionu ərazilərində geniş sahəni əhatə edən fındıq bağlarının salınması layihələrini həyata keçirməkdədir. Şirkət təsis olunduğu gündən fındıqçılıq təsərüfatını yaratmaq məqsədilə 3000 ha torpaq sahələri əldə etmişdir. Hal hazırda heç vaxt, heç kim tərəfindən istifadə olunmayan əkinə və bağçılığa yarasız sayılan təqribən 2000 ha sahədə yeni fındıq bağları salınıb və salınmaqda davam edir.  

Dövlətimizin başçısı prezident cənab İlham Əliyevin  daim diqqət mərkəzində olan və bu istiqamətdə yeni iş yerlərinin açılması sahəsində “Monte Ferro Aqroparkı” öz töhvəsini vermiş, bu müddət ərzində ümumilikdə 350 yeni iş yeri açılmışdır və bu iş yerlərinin 80 nəfəri daimi işlə təmin olunmuşdur.  

Aqroparkın əsas strategiyası fındıq yetişdirilməsi, emalı, yüksək məhsuldarlığın əldə olunması, aqrar sahədə ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin yaradılması, həmçinin ölkəmizin export potensialının artırılmasında yaxından iştirak etməkdir.

Hazırda “Monte Ferro” şirkəti Şəkinin Bideyiz, İnçə, Cunud,Biləcik, eləcə də Qaxın Qaşqaçay, Güllük, Almalı, Cəlayir, Zəyəm kəndləri yaxınlığındakı əkinə yararsız bələdiyyə və meşə fondu torpaqlarının bir hissəsində intensiv fındıq bağları salıb.
  
Məsələn,  “Monte Ferro Aqroparkı” Şəkinin Biləcik kəndi yaxınlığında cəmi 548 ha olmaqla,  yerli Bələdiyyə fondu və şəxsi mülkiyyətdə olan torpaqların uzun müddətə icarəyə götürülməsindən sonra  daşlıqdan, kol-kosdan ibarət, mürəkkəb relyefə və şəraitə malik sahədə böyük əmək, vəsait sərf olunaraq yeni intensiv fındıq bağları salınmışdır. Artıq 2 ildən sonra salınmış fındıq bağlarından ilk məhsulların yığımına start veriləcəkdir. Bəli, bu işləri reallaşdırmaq kimsəyə elə də asan görünməsin. Həmin ərazilər əvvəlcə iri daşlardan, kol-kosdan təmizlənir, hamarlaşdırılır. Ondan sonra fındıq bağlarının salınmasına başlanır.Eyni zamanda əkilmiş fındıq tinglərinin inkişaf etdirilməsi üçün lazımi texniki işlər də parallel olaraq aparılır. Məsələn, Biləcik adlanan 548 ha ərazidən 415 ha-da İsrail istehsalı olan suvarma sistemləri quraşdırılaraq istifadəyə verilmişdir. Mexanizmin intensiv işinin təşkili üçün 2 ədəd irihəcmli su hovuzu və 2 ədəd elektrik transformatoru da istifadəyə verilmişdir.   

 “Monte Ferro” şirkəti belə bir ağır yükün altına girib və fındıqçılığın bölgədə inkişafını qarşısına məqsəd qoyub.
 Fındıq bağları salınan ərazilərin qalan hissəsinin həm  texnikalar vasitəsilə, həm də işçilərin əl əməyi vasitəsilə iri və xırda çay daşlarından və koldan təmizlənməsinin prosesi davam edir . Məlumat üçün qeyd edilməlidir ki, istər Qax, istərsə də Şəki rayonu ərazisində icarəyə götürülmüş yerlərdə fındıq bağalarının salınması üçün Qax rayonunun Güllük kəndində  tinglər yetişdirilir və bu tinglər də əkin zamanı sahələrə köçürülür. Xüsusilə qeyd etmək yerinə düşərdi ki,  fındıq əkilən bağlar Azərbaycanda ilk dəfə olaraq müasir damcılı suvarma sistemi ilə təmin olunub.
Eyni zamanda fındıq bağlarında subartezian quyuları qazılıb, 10 min kubluq su hovuzları və elektrik təminatı ilə təchiz olunub.

Bağsalma işlərinə daimi və mövsümü olaraq kənd əhalisi cəlb olunub ki, bu da insanlar üçün iş yerləri deməkdir. Məsələn, təkcə  Biləcik  kəndi  ərazisindəki fındıq bağlarına intensiv qulluq göstərmək üçün 79 nəfər yerli kənd sakinləri  aylıq əmək haqları ödənilməklə müxtəlif işlərə cəlb olunmuşdur. Nəzərə alaq ki, əkilən fındıq kolları 5-7 il sonra məhsul verməyə başlayır. Fındıq bağlarında tətbiq olunan  damcılı suvarma sisteminin alternativi yoxdur. Yəni, damcılı suvarma sisteminin tətbiqi nəticəsində əkilmiş tinglərin demək olar ki, 95 %-ni məhsul dövrünə qədər yetişdirmək və inkişaf etdirmək mümkün olur.  

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password