BŞİH Ticarət və Xidmət Departamentinin ikili sdandartı

 

Bakı şəhəri, Nizami  rayonun Q.Qarayev prospekti, 117, mən., 83-də yaşayan Bəşirova Azadə Qinyaz qızı  tərəfindən  Prezident İlham Əliyevə və bir sıra aidiyyatı orqanlara Nizami rayon Bələdiyyəsi tərəfindən icarəyə götürdüyü torpaq sahəsində ticarətlə məşğul olmaq üçün icazənin Bakı şəhər İH-ti tərəfindən əsassız olaraq verilməməsi barədə şikayət ünvanlanıb.

Aktualinfo.org vətəndaş Azadə Bəşirovanın dövlət qurumlarına etdiyi müraciəti olduğu kimi oxuculara təqdim edir. O,yazır:

Hörmətli cənab Prezident,    xatırlatmaq istəyirəm ki, 2005-cı ildə mən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriiyev küçəsi, 55/57 saylı binanın qarşısındakı 375 kv.m boş torpaq sahəsi Nizami Bələdiyyəsi tərəfindən 49 il müddətinə icarəyə götürmüşəm. Bu sahədə bir sıra ağaclar əkməklə xüsusi qulluq göstərib abadlaşdrmışam. Həyat yoldaşım Bəşirov Elxan Bəşir oğlu 1-ci Qarabağ Müharibəsində 4 il iştirak etmişdir. Müharibə dövüründə sağlamlığını müəyyən qədər itirdiyinə görə vaxtaşırı dərmanlara ehtiyacı olur. Mən işsizəm. İki övladımız da buzim himayəmizdədir. Ailəmizin iqtisadi çətinliyini aradan qaldırmaq üçün həmişə istəmişik ki, yerli bələdiyyədən götürdüyümüz yerimizdə biz də bir Azərbaycan vətəndşı olaraq icarə müqailəsinə uyğun iaşə obyekti yaradıb kiçik bizneslə məşğul olaq. Lakin düşdüyümüz bürokratiya və süründürməçilk əlindən bizə əsassız olaraq icazə verilmir ki, bir kiçik iş qura bilək.

Budur, son müraciətlərimizə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi 6 may tarixli cavab məktubunda əvvəlcə bildirir:  “ 08 və 23 aprel müraciətlərinizə Agentlikdə aidiyyatı üzrə baxılaraq nəticəsi barədə tərəfimizdən Sizə məlumar veriləcəkdir.”    20 may tarixli cavabda isə qeyd edirlər ki, guya bizim telefon nömrəmizə zəng çatmırmış, və s. bəhanələr.

 Bakı şəhər İH-nin Ticarət və Xidmət Depertamentinin 07 may 2021-ci il tarixli, 20/08-136 saylı cavab məktubunda bildirilir: “ Bildiririk ki, dünyda, o cümlədən Azərbaycanda  da mövcud olan “COVİD-19” pandemiyasının davam etdiyi müddətdə ictimai-iaşə fəaliyyəti ilə məşğul olmağınız üçün Sizə yer ayrılması məqsədəuyğun hesab edilmir.”   Bildiririk ki, əsassız cavabda bizə yer yox, icazə lazımdır. Digər tərəfdən pandemiyanı bəhanə gətirilərsə, onda niyə bizim yerin, o cümlədən Bakının hər yerində ictimai-iaşə obyektləri hazırda fəaliyyətlərini gecə-gündüz davam etdirirlər? Bəs ölkəmizdə pandemiya yumşalması niyə məhz bizə şamil edilmir?

Yəni, Bakı şəhər İH-nin Ticarət və Xidmət Depertamentinin formal cavabı bizi qane etmir və tam əsassızdır. KOB isə anlaşılmaz cavabları ilə bizi mədəni formada “YOLA VERİR”. Bəli, biz kasıb ailəyik. İstəyirik ki, avimizdə yaşayan 1-ci Qarabağ Müharibəsi veteranının iynə-dərmanını təmin etmək üçün kiçik həcmli iaşə obyektini kredit götürüb istifadə edək. Amma yalnız subtyektiv səbəbdən saxta bəhanə ilə təkcə bizə icazə verilmir.

Çoxhörmətli Prezident Cənab İlham Əliyev!

Sizdən çox xahiş edirik ki, aidiyyat üzrə Bakı şəhər İcra Hakimiyyəti rəhbərliyinə göstəriş verəsiniz ki, Qarabağ Müharibə veteranı ailəsinin haqqımız  olan ticarətlə məşğul olmaq üçün icazənin Bakı şəhər İH-ti tərəfindən verilməsinə göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımızı bildiririk.

 

Aktualinfo.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password