Şərqi Zəngəzurda Türkiyə ilə birgə iş başlayır

 

İşğaldan azad edilən ərazilərimiz istər kənd təsərrüfatı, istərsə də maldarlıq baxımından əlverişli və bol məhsuldardır. Belə ki, Qarabağ iqtisadi rayonu kənd təsərrüfatı, Şərqi Zəngəzur iqtisadi rayonu isə maldarlıq üçün əlverişlidir. Bu mənada Türkiyə ilə aqrar sektorda əməkdaşlıq edilməsi ölkə iqtisadiyyatına müsbət təsir edəcək.

Bu sözləri açıqlamasında millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Türkiyə ilə Azərbaycan arasında “Qarabağda kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında niyyət bəyanatı və Fəaliyyət Planı”nın hazırlanması haqda danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, Şuşa Bəyannaməsi imzalandıqdan sonra Türkiyə ilə Azərbaycan arasında yeni, daha konkret müqavilələrin imzalanacağı gözlənilirdi:

“Hətta bununla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə çıxışında konkret mesaj vermişdi. Bu gün iki ölkə arasında əsas prioritet məsələ müxtəlif sektorlarda əməkdaşlığın gücləndirilməsidir. Nəzərə almaq lazımdır ki, Türkiyə və Azərbaycan həm də strateji müttəfiqlərdir. Bu gün iki ölkə arasında ticarət dövriyyəsi pandemiyaya baxmayaraq 4,5 milyard dollar həcmindədir. Türkiyə Azərbaycanın İtaliyadan sonra ikinci ən böyük ticari tərəfdaşıdır. Bundan əlavə, Türkiyə Azərbaycanın qeyri-neft ixracındakı ən böyük tərəfdaşıdır. İki ölkə arasındakı ticarət dövriyyəsinin yaxın 3 ildə 15 milyard dollara çatdırması nəzərdə tutulur. “Qarabağda kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında niyyət bəyanatı və Fəaliyyət Planı”nın imzalanması iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlıdır. Nəzərə almaq lazımdır ki, Türkiyə aqrar sektorda üstünlüyə malikdir. Bu gün bu ölkənin məhsulları dünyanın müxtəlif yerlərinə ixrac edilir. Xüsusilə də Avropa Birliyinə. İşğaldan azad edilən ərazilərimizin də böyük iqtisadi potensialı var. Xüsusilə Ağdam, Füzuli torpaqlarının 90 faizindən çoxu əkinə yararlıdır. Qarabağ iqtisadi rayonu əkinçilik baxımından Şərqi Zəngəzur iqtisadi rayonu isə maldarlıq baxımından cəlbedici və müqayisəli üstünlüyə malikdir. İstehsal ediləcək kənd təsərrüfatı məhsullarının Zəngəzur dəhlizi vasitəsilə dünya bazarına çıxarıla bilər. Bunun üçün isə Türkiyə ilə əməkdaşlıq vacibdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password