Azərbaycan Dillər Universitetində nələr baş vermir?
Bir neçə gün öncə elektron media resursları Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanı yenidən gündəmə gətirdi. Amma haqqında dərc edilmiş əvvəlki yazılardan bir az fərqli. Əvvəlki yazılarda universitetin rektoru Kamal Abdullaya qarşı irəli sürülən ciddi ittihamlar daha çox rəhbəri olduğu ali təhsil ocağını şəxsi gəlir mənbəyinə çevirməsi, tədris müəssisəndə təhsilin keyfiyyətini günbəgün aşağı salması ilə bağlı idi. Həmçinin bir çox mətbuat orqanı Kamal Abdullanı universitetdə vəzifələri satmaqda, çoxsaylı qohumlarına yanında müxtəlif işlər verməkdə ittiham edirdi. Rektoru gündəmə gətirən ən son yazı isə daha çox onun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevə yaxınlığı ilə bağlı idi. Sən demə, professor Kaman Abdulla bu günə qədər universitetdə yol verdiyi bütün özbaşınalıqları akademik Ramiz Mehdiyevə arxayın olub həyata keçirirmiş.
Aktualinfo.org-un əldə etdiyi məlumatlara görə məhz buna görə dünən Kamal Abdulla təcili olaraq universitetdə Elmi Şuranın iclasını keçirməli olub. Burada təbii ki, hansısa bir elmi məsələ müzakirə olmayıb. Məlumatlara görə rektor iclasda tər tökə-tökə özünün deyil, akademikin adının mətbuatda hallanmasından daha çox narahat olduğunu ifadə edib. İclasda rektor həmçinin bu yazılanların qarşısını vaxtında almadıqlarına görə bəzi məsil şəxsləri danlayıb da. Danlananlar isə rektorun qarşısına heç bir əsaslı arqument qoya bilməyiblər. Kamal Abdullanın onlara verdiyi ciddi tapşırıqlara növbəti yazıların birində ətraflı toxunacağıq. Qayıdaq rektorun akademik Ramiz Mehdiyevin adının hallanması ilə bağlı keçirdiyi narahatçılığa.
Kamal Abdulla adının Ramiz Mehdiyevlə yanaşı hallanmasından nədən bu qədər narahat olub? Axı o, məhz akademikin sayəsində uzun illərdir yüksək vəzifələrdə çalışır. Kamal Abdullanın rektor təyin olunmasından sonra Azərbaycan Dillər Universitetinə nələrin baş verdiyini Azərbaycan ictimaiyyətinə bir daha xatırlamaq istəməzdik. Bu gün Kamal Abdullanın rəhbərliyi altında Azərbaycan Dillər Universitetində nələr baş vermir? Əsas sual məhz belə qoyulmalıdır. Yüksək ixtisaslı mütəxəssislərin olmasına baxmayaraq, rəhbər vəzifələrə təcrübəsiz, ixtisası uyğun gəlməyən, elmi adı və dərəcəsi olmayan şəxslərin gətirilməsindən tutmuş, konfranslara, seminarlara, təmir-tikintiyə ayrılan dövlət vəsaitlərinin qat-qat şişirdilməsinə, yaxın adamlarının vasitəsi ilə büdcə pullarının təyinatından kənarlaşdırılmasına qədər hər şey. Kamal Abdullanın rəhbərliyi ilə Azərbaycan Dillər Universiteti həm də, ali təhsil ocağından daha çox,bir intriqa yuvasına, gizlin planlar mərkəzinə çevrilib.
Kuluarlarda gəzən söz-söhbətlərə görə Kamal Abdullanın bir narahatçılığı da olub ki,arıq ondan qurtulub. Bu uzun illər təhsil sistemində yüksək vəzifələrdə çalışmış, 2009-cu ildən YAP Respublika qadınlar Şurasının sədri,2013-cü ildən YAP İdarə Heyyətinin üzvü olmuş Nurlana Əliyeva ilə bağlı olub. Məlum olduğu kimi Nurlana Əliyeva 2016-cı ildə Bakı Slavyan Universitetinin rektoru təyin edilmişdi. Kamal Abdulla isə 2017-ci ildə Azərbaycan Dillər Universitetinin rektoru vəzifəsinə gətirilib. Buna baxmayaraq Kamal Abdulla Nurlana Əliyevanın Bakı Slavyan Universitetinin rektoru təyin olunmasından narazılığını tez-tez biruzə verirmiş və “bu qoca arvad buraya hardan gəlib çıxdı”-deyə etirazını gizlətmirmiş.
Məlum olduğu kimi Nurlana Əliyeva artıq Prezident İlham Əliyevin 22 iyun 2021-ci il tarixli Sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edildi. Nazir Emin Əmrullayevin əmri ilə 24.06.2021-ci ildə Təhsil nazirliyinin elm, ali və orta ixtisas şöbəsinin müdir müavini Anar Nağıyev Bakı Slavyan Universitetinə rektor əvəzi təyin edilib. Bu Emin Əmrullayevin əmri ilə baş tutsa da, kimlərinsə istəyi ilə həyata keçirilib. Bəs Anar Nağıyev kimdir və Kamal Abdulla ilə onu hansı tellər bağlayır?
Əldə etdiyimiz məlumatlara görə Təhsil nazırliyində tutduğu vəzifəyə qədər Anar Nağıyev Azərbaycan Dillər Universitetində mühüm vəzifələrdən birini çalışıb. Gənc olmasına baxmayaraq universitetin sabiq rektoru Səməd Seyidovun ən yaxın adamlarından biri olub. Uzun müddət Səməd Seyidovun qara kassiri olmuş Anar Nağıyevin Bakı Slavyan Universitetinə rektor əvəzi təyin edilməsi bir təsadüfdürmü,yoxsa Kamal Abdullanın ustalıqla həyata keçirdiyi tədbirlərin məntiqi nəticəsi?
Həmin səlistcəsinə həyata keçirilən tədbirlərin nəticələri indi hər axşam işçilər dağıldıqdan sonra Azərbaycan Dillər Universiteti ilə Bakı Slavyan Universitetinin arasındakı “besedka”da özünü göstərir. Kamal Abdulla burada Slavyan Universitetinin rektor əvəzi Anar Nağıyevlə gecə saatlarına qədər müzakirələr aparırlar.Təbii ki, Anar Nağıyev buraya rektor əvəzi kimi göndərilsə də,rektor olmaq ümidi ilə gəlib və yaxud gətizdirilib.İndi onların əsas müzakirə predmetlərinin nələr olduğu dəqiq bilinməsə də,təsəvvür etmək mümkündür. Bakı Slavyan Universitetində aparılacaq kadr islahatları,yeni təyinatlar və daha nələr-nələr.
Aktualinfo.org