Sərhəddə vəziyyət sabit deyil – Paşinyan Putinə şikayət edib

 

Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsindən sonra Dağlıq Qarabağda (keçmiş – red.) vəziyyət sabitdir, lakin zaman-zaman qeyri-sabitlik ortaya çıxır.

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə bildirib.

“Təəssüf ki, son vaxtlar təhlükəsizliklə bağlı məsələləri tez-tez müzakirə edirik, çünki bölgəmizdəki vəziyyət o qədər də sabit deyil. Əlbəttə ki, hər kəs sizin şəxsi səylərinizi və Rusiyanın atəşkəsin əldə edilməsindəki xidmətlərini bilir”, – Paşinyan söyləyib.

Paşinyan qeyd edib ki, Ermənistanla Azərbaycan sərhədində vəziyyət o qədər də sabit deyil.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password