Mahir Emreli Çempionlar Liqasında dubl etdi

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın “Legiya” klubunda ilk rəsmi matçına çıxıb.
 
 O, UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində hazırda davam edən “Bude Qlimt”lə (Norveç) səfər oyununda dubl edib.
27 yaşlı hücumçu matçın 41 və 61-cı dəqiqələrində fərqlənib.
Oyunun sonlarına doğru “Legiya” 3:2 hesabıyla qalib gəlir.
Xatırladaq ki, Mahir Emreli “Legiya”ya bu yay transfer olunub. O, bu komandanın yoxlama oyunlarında da 6 qola imza atmışdı.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password