“Xosrov və Şirin” serialı çəkilir

 

Nizami Gəncəvinin 880 illiyinə həsr edilən 12 bölümdən ibarət “Xosrov və Şirin” bədii-serialının çəkilişləri davam edir.

“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə, “Xosrov və Şirin” serialında poemadakı hadisələrin kompozisiyası və süjeti saxlanılmaqla müasir dövrümüzə proyeksiya olunub.

Müasir psixoloji dram strukurunda olan serialın qayəsi həm müasir tamaşaçıları Nizami Gəncəvi yaradıcılığıyla tanış etmək, həm də onun ədəbi kəlamlarını bir daha diqqətə çatdırmaq, gələcək nəsillərə ötürməkdir.

Eyni zamanda serial göstərəcək ki, dahi Azərbaycan şairinin az qala min il əvvəl yazdığı bir əsərdə dramaturji qaydalar, süjetin inkişaf xətti və sair bu cür prinsiplər necə dəqiqliklə yerinə yetirilmişdir. Buna görə də bu əsər və əsərdəki qəhrəmanlar, xarakterlər bu günün bir çox ədəbi əsərlərindən daha müasir və daha aktualdır.

Məhz bu əsərin süjeti əsasında serialın çəkilməyinin bir siyasi səbəbi də var. Məlumdur ki, erməni ədəbiyyatçıları bu əsərdəki Şirin obrazını erməni şahzadəsi kimi təqdim edirlər və bəzi məlumatlara görə Şirin haqqında müəyyən əsərlər yazılır, filmlər çəkilməyə hazırlaşır. Bu baxımdan serialın istehsalı idealoji vasitə kimi mühim əhəmiyyət kəsb edir.

Məlumat üçün qeyd edək ki, çəkilişləri Bakının Mərdəkan, Şüvəlan və Maştağa qəsəbələrində aparılan bədii-serialın rejissorları Xəyyam Abdullazadə və Elməddin Alıyev, ssenari müəllifləri isə İlqar Fəhmi və Xəyyam Abdullzadədir. Xosrov obrazını Rüstəm Cəbrayılov, Şirini isə Kəmalə Piriyeva canlandırır.

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası və İctimai Televiziya və Radio Yayımları Şirkətinin
birgə istehsalıdır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password