Putinlə Rahmon Tacikistan-Əfqanıstan sərhədi ətrafında müzakirə aparıb

 

Tacikistan Prezidenti Emamali Rahmon Rusiyanın dövlət başçısı Vladimir Putinə telefonla zəng edərək son günlər Əfqanıstanda yaranan hərbi-siyasi vəziyyəti müzakirə ediblər.

Tacikistan Prezidentinin mətbuat xidmətinin xəbərinə görə, prezidentlər son günlər Əfqanıstanın şimal və şimal- şərqində, Tacikistan və digər Mərkəzi Asiya dövlətləri ilə həmsərhəd ərazilərdə yaranan hərbi-siyasi vəziyyətin gərginləşməsi, təhlükələrə qarşı birgə işin əlaqələndirilməsi, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi, tacik sərhədçilərinin material-texniki bazasının yaxşılaşdırılması, bu istiqamətdə hər iki ölkənin əlaqəli qurumları arasında fəaliyyətin gücləndirilməsi, beynəlxalq və regional məsələlər barədə danışıblar.

Bildirilib ki, Tacikistan-Əfqanıstan sərhədi Müstəqil Dövlətlər Birliyinin (MDB) cənub sərhədi kimi strateji əhəmiyyət daşıyır və bu ərazilərdə təhlükəsizliyin qorunması vacib amildir.

Telefon danışığı zamanı Tacikistan-Rusiya əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması məsələləri də diqqət mərkəzində olub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password