“ABŞ qoşunlarının çıxması regiona deyil, Rusiyaya da problem yaradacaq” – Əşrəf Qaninin müşaviri

 

“ABŞ qoşunları və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxması yalnız regiona və qonşulara deyil, Rusiyanın da təhlükəsizliyinə problem yaradacaq”.

Bunu Əfqanıstan prezidenti Əşrəf Qaninin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Həmdulla Mohib “RİA Novosti”yə müsahibəsində bildirib.

“ABŞ qoşunlarını tamamilə çıxarmağa hazırlıq üçün Əfqanıstanda mövcudluğunun səviyyəsini azaldır. Bu, Əfqanstanda sabitliyi yaratmaq üçün edilir. Əsas məsələ biz bu imkandan necə yaralanacağımızdadır. Bu, bizim üçün milli səviyyədə problem olsa da, regiona da meydan oxumaq deməkdir”, – Həmdulla Mohib deyib.

Qeyd edək ki, ABŞ başda olmaqla NATO bu ilin mayından qoşunlarını Əfqanıstandan çıxarmağa başlayıb. Rəsmi Vaşinqton bu prosesi 2021-ci il il sentyabrın 11-dək başa çatdırmağı planlaşdırır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password