Ağdamdan sonra Füzuli və Zəngilanın mina xəritəsi: İlham Əliyev nələrə nail oldu?

 

Bir güllə atmadan Ağdamı azad edən Prezident İlham Əliyev diplomatik məharəti ilə bu rayonun mina xəritəsini Ermənistandan aldı. Ardınca Füzuli və Zəngilan rayonlarının da mina xəritələrinin əldə edilməsi Azərbaycan liderinin strateji addımlarının davamlı nəticəsidir.

Torpaqlarımızda erməni işğalına son qoyulduqdan sonra Ermənistanın Azərbaycana qarşı əsas təxribatlarından biri də mina xəritələrinin verilməməsi idi. Bunun iki məqsədə xidmət etdiyini deyə bilərik.

– İşğaldan azad edilmiş ərazilərin daha gec bərpa edilməsi;
– Əhalinin bu ərazilərə daha gec qayıtması;

Prezident İlham Əliyevin diplomatik manevrləri nəticəsində mina xəritələrini verməyə məcbur olan Ermənistanın bu planları iflasa uğrayır.

Artıq üç böyük rayonun mina xəritələri Azərbaycandadır və bunun mühüm nəticələri olacaq.

1. İnsan itkisinin qarşısı alınacaq: müharibənin başa çatmasından sonra mina partlayışı nəticəsində onlarla insan həlak olub, yüzlərlə insan yaralanıb.

2. Minaların axtarışı, tapılması və zərərsizləşirilməsi üçün lazım olan vəsaitə qənaət ediləcək: bir minanın tapılması üçün minlərlə manat vəsait sərf olunur.

3. Vaxta qənaət ediləcək, işğaldan azad olunmuş ərazilərin təmizlənməsi prosesi sürətlənəcək: mütəxəssislər bildirir ki, mina xəritələri olmadan işğaldan azad edilmiş ərazilərin təmizləməsi prosesi ən yaxşı halda 10 il çəkə bilər, xəritələrin alınması isə bu prosesi minimuma endirir.

4. Ərazilərin bərpa edilməsi prosesi sürətlənəcək: bu, təhlükəsizliyin daha tez təmin edilməsi, insanların öz ata yurdlarına qayıdışının daha tez reallaşması deməkdir;

Füzuli və Zəngilan Ağdamdan sonra ən çox minalanmış ərazilərdir. Ağdamda 97000 mina basdırılıb, bu rayonlarda isə 92000. Ümumilikdə Azərbaycan 187000 minanın xəritəsini əldə edib. Nəticə etibarilə, hər üç rayon minalardan daha tez və itki verilmədən təmizlənə, bu ərazilərin bərpası prosesi sürətlənə və insanların qayıdışı daha tez həyata keçə bilər.

Burada Füzuli və Zəngilanın mina xəritəsinin əldə edilməsinin strateji önəmi də diqqət çəkir.

– Füzuli Hava Limanı inşa olunur: bu, həm azad edilmiş ərazilərə daşımalarda, həm də gələcəkdə turizm potensialının gücləndirilməsində mühüm rol oynayacaq.

– Füzulidən Şuşaya qədər Zəfər yolu inşa olunur.

– Zəngilan Zəngəzur dəhlizinin keçdiyi bölgəyə yaxındır.

Xəritələrin əldə edilməsi bu ərazilərin minalardan qısa müddətdə təmizlənməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, təhlükəsizliyin təmin olunması baxımından həyati əhəmiyyət kəsb edir.

Bu gün Azərbaycan Prezident İlham Əliyevin siyasi manevrləri, düşünülmüş strategiyası nəticəsində bu sınaqdan da uğurla çıxır.

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password