ABŞ Əfqanıstandakı səfirliyinin təcili təxliyə planını hazırlayır

 

Diplomatlar və hərbçilərlə yanaşı, digər ABŞ vətəndaşları da ölkədən təxliyə edilə bilər

 

ABŞ hərbi komandanlığı “Taliban” hərəkatı tərəfindən təcavüz olunduğu təqdirdə Əfqanıstanda fəaliyyət göstərən ölkə səfirliyinin əməkdaşlarının təcili təxliyə planını hazırlayır.

Xarici medianın yaydığı xəbərdə bildirir ki, ABŞ rəhbərliyi qoşunların Əfqanıstandan çıxarılması prosesi başa çatdıqdan sonra burada qalacaq diplomatların və hərbçilərin məcburi təxliyə planlamasını sürətləndirib.

Plan “ABŞ səfirliyini qoruyan hökumət qüvvələrinin və amerikalı hərbçilərin “Taliban” hərəkətlərinin hücumlarının öhdəsindən gələ bilmədiyi hallar üçün nəzərdə tutulub.

Bundan başqa, diplomatlar və hərbçilərlə yanaşı, digər ABŞ vətəndaşları da ölkədən təxliyə edilə bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden aprelin 14-də Birləşmiş Ştatlar tarixində ən uzun sürən xarici hərbi kampaniyaya çevrilən Əfqanıstandakı əməliyyatı başa çatdırmaq barədə qərar qəbul edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password