“Arxayınlaşmayın, payızda…” – ÜST rəsmisi Azərbaycan vətəndaşlarına müraciət edib

 

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı payız mövsümündə koronavirus infeksiyasından qorunmaq üçün Azərbaycan vətəndaşlarına müraciət edib.

O, bəzi yumşalda tədbirlərinə arxayınlaşmamağın vacibliyinə toxunub.

ÜST rəsmisi qeyd edib ki, qarşıdan payız mövsümü gəlir və havaların soyumasını nəzərə almaq lazımdır:

“Eyni zamanda bu gün bütün dünyada “Delta” ştammı sürətlə yayılmaqda davam edir. Ona görə də səhhətimizə ciddi fikir verməliyik. Özümüzü qorumağa davam etməli, peyvəndlənməyə qoşulmalıyıq. Bilməliyik ki, COVID-19 əleyhinə vaksinasiya ən effektli üsuldur. Ən əsası da vurulan peyvəndlər təhlükəsizdir. Bunu hər kəs bir-birinə söyləməlidir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password