Akardan kritik açıqlama: “Bu baş versə, Əfqanıstan…”
Bu məsələ Əfqanıstandakı qardaşlarımızın gələcəyi və ehtiyaclarını qarşılamaq baxımından böyük əhəmiyyət daşıyır.
Bunu Əfqanıstandakı Həmid Kərzai adına Beynəlxalq Hava Limanının istismarı və təhlükəsizliyinin təminatı üçün ABŞ-dan gələn texniki heyətlə görüşlər barədə suala cavab olaraq Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Hamid Kərzai Beynəlxalq Hava Limanının 6 ildir Türkiyə tərəfindən işlədiyini vurğulayan Akar deyib:
“Möhtərəm pezidentimiz NATO zirvəsində bildirdi ki, müəyyən şərtlər və məsələlər var. Biz bu mövzuda bir niyyət ifadə etdik. Bu şərtlər yerinə yetirilsə, qala biləcəyimizi bildirdik. Bu mənada müxtəlif ölkələrlə təmaslarımız davam edir. Bir tərəfdən BMT, NATO nəzdində bəzi siyasi qərarlar qəbul olunması, Əfqanıstan hökuməti ilə bir razılığa gəlinməsi, digər tərəfdən siyasi, maliyyə və logistik dəstək mövzularında müxtəlif ölkələrlə təmaslarımız davam edir. Bu çərçivədə amerikalılarla da təmasımız davam edir. Bu ana qədər qəbul edilmiş qəti qərar yoxdur. Fəqət təmaslar davam edir. Əfqanıstan bizim qardaşımızdır. Onların sülhü, sükunəti, sakitliyi və təhlükəsizliyi baxımından indiyə qədər edə biləcəyimiz nə varsa etdik, etməyə çalışırıq. Hava limanının açıq olması və işlədilməsi lazımdır. Bunun fərqindəyik. Hava limanı işləməsə səfirliklər geri çəkiləcək. Bu vəziyyətdə Əfqanıstan təcrid olunmuş bir dövlətə çevriləcək və beynəlxalq münasibətlər baxımından ciddi problemlərlə qarşılaşacaq. Bir daha qeyd etmək istəyirəm ki, təmaslarımız davam edir, hələlik qəbul edilmiş bir qərar yoxdur. İnkişafın, danışıqların sonuna görə əldə olunacaq nəticələri də möhtərəm prezidentimizin sədrliyi ilə keçirilən iclasda müzakirə edəcəyik. Möhtərəm prezidentimizin təsdiqindən sonra planımızı həyata keçirəcəyik”.
Amerikalı texniki heyətlə danışıqları davam etdirib-etdirməyəcəklərinə dair suala cavabında Akar “təmaslarımız davam edir və davam edəcək” cavabını verib.