“Ermənistan regionun ən geridə qalmış ölkəsinə çevrilir” – Gevorqyan

 

“Ermənistan regionun ən geridə qalmış ölkəsinə çevrilir. Təəssüf ki, bu tendensiya institusional xarakter almağa başlayır”.

Erməni mediasının xəbərinə görə, bu sözləri Ermənistan baş nazirinin sabiq müavini Armen Gevorqyan bildirib.

O əlavə edib ki, səsvermənin nəticələrindən narahat olduğuna görə danışmaq qərarına gəlib: “Dünya Bankının araşdırmasına görə, Ermənistanda təhsil yoxsulluğu səviyyəsi 35 faizdir. Bu, o deməkdir ki, 10 yaşınadək olan hər üç şagirdən biri yaşına uyğun mətni səlis oxuya və başa düşə bilmir. Bundan əlavə, Ermənistanda uşaqların təxminən 7% -i məktəbə getmir. Bu, bizim ən dərin problemlərimizdən biridir”.

Baş nazirin sabiq müavini əmindir ki, hazırki hökumətin savadlı insanlara, keyfiyyətli insan resurslarına ehtiyacı yoxdur, çünki təhsilsiz insanları idarə etmək daha asandır: “Həm də uzunmüddətli uğursuzluğun təməlini qoyur. Hər zaman yüksək təhsil ixtisasına və insan potensialına sahib olan Ermənistan bu gün belə bir kapitalını itirir. Bu göstəricilər sabahın Ermənistanının təsvirini təşkil edir və bu, çox həyəcanvericidir”.

Gevorqyan əlavə edib ki, bu gün təhsil sisteminin vəziyyəti kütləvi mühacirətin əsas səbəblərindən birinə çevrilir: “Bir çox erməni hələ də övladlarının keyfiyyətli təhsil almasını vacib hesab edir və bunu Ermənistanın xaricində axtarırlar”.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password