Putin: “Zelenski ölkəsini tam xarici nəzarət altına verib”
“Ukraynanın əsas məsələləri Kiyevdə deyil, Berlin və Vaşinqtonda həll olunur”
Rusiya Prezidenti Vladimir Putin canlı yayımda jurnalistlərin suallarını cavablandırıb. “RİA Novosti” bildirir ki, Putin ukraynalı həmkarı Vladimir Zelenski ilə görüşməsinin mümkün olub-olmadığı sualına cavab verib.
Rusiya lideri deyib ki, Ukrayna Prezidenti ölkəsini tam xarici nəzarət altına verib: “Ukraynanın əsas məsələləri Kiyevdə deyil, Berlin və Vaşinqtonda həll olunur”.
Putin Zelenski ilə görüşdən imtina etmədiyini söyləyib: “Ancaq nədən danışacağımızı anlamalıyıq”.
Qeyd edək ki, 24 iyun tarixində Zelenski telekanallardan birinə verdiyi müsahibədə Rusiya lideri ilə müzakirə üçün əsas mövzunun müəyyən olduğunu deyib. Onun sözlərinə görə, ilk növbədə təhlükəsizlik məsələsi müzakirə olunmalıdır. O, Rusiya və Ukrayna prezidentlərinin mümkün görüşü ilə bağlı müzakirələrin davam etdiyini də söyləyib. Zelenski bildirib ki, iki dövlətin rəhbərliyi görüşün gündəliyi, tarixləri və yeri barədə artıq əlaqə saxlanılıb.