Gələcəyin texnologiyaları “Cənub Qaz Dəhlizi” ilə hidrogen nəqlinə imkan verəcək – Aİ səfiri

 

Gələcəyin texnologiyaları “Cənub Qaz Dəhlizi” ilə hidrogen nəql etməyə imkan verəcək.

Bunu özəl müsahibəsində Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

Gələcəyin texnologiyaları "Cənub Qaz Dəhlizi" ilə hidrogen nəqlinə imkan verəcək - Aİ səfiri

Onun sözlərinə görə, Aİ ilə Azərbaycan arasında enerji, nəqliyyat, rabitə və turizm sahələrində keyfiyyətli əməkdaşlıq qurulub.

Səfirin sözlərinə görə, enerji sahəsində ikitərəfli əməkdaşlıq “Cənub Qaz Dəhlizi” infrastrukturunun genişləndirilməsi üzrə fəaliyyət zamanı daha parlaq şəkildə özünü göstərir:

“Biz bu dəhlizin infrastrukturunu genişləndirə bilərik. Bəzi təkmilləşdirmələrlə “Cənub Qaz Dəhlizi”nin gücü artırıla bilər, Xəzər qazı isə bir sıra Avropa ölkələrinə kömürdən daha tez imtina etməyə kömək göstərəcək. Fikrimcə, gələcəyin texnologiyaları “Cənub Qaz Dəhlizi” ilə hidrogen nəql etməyə imkan verəcək”

K.Yankauskas əlavə edib ki, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın digər sahələri nəqliyyat və rabitədir:

“Azərbaycan Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üzərindədir. Biz bu qədim marşrutu daha təhlükəsiz, sürətli, rəqəmsal, əlçatan və rəqabətqabiliyyətli etməliyik. Hava nəqliyyatı sahəsində sazişin imzalanması isə Azərbaycanı regional nəqliyyat qovşağına çevrilməyə imkan verəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password