Şuşa Bəyannaməsinin daha bir tarixi dəyəri üzə çıxdı

 

Türkiyə və Azərbaycanın Naxçıvana təbii qaz boru kəmərinin çəkilməsinə başlaması tarixi bir hadisədir. Nəzərə alsaq ki, bu günə qədər Naxçıvan Muxtar Respublikasının mavi qaza olan tələbi Azərbaycanla İran arasında qarşılıqlı mübadilə razılaşmasına əsasən həyata keçirilirdi, bundan sonra bu proses Türkyə üzərindən də gerçəkləşəcək.

Bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov Türkiyə və Azərbaycanın Naxçıvana təbii qaz boru kəmərinin çəkilməsinə başlamasını şərh edərkən deyib.

O bildirib ki, Cənub Qaz Dəhlizinin hazır olması və istifadəyə verilməsi Azərbaycanın Türkiyə üzərindən Naxçıvana təbii qazın nəql edilməsi imkanını yaradır:

“Artıq Cənub Qaz Dəhlizi istifadəyə verilib və Azərbaycan bu layihənin əsas elementlərindən biri olan TANAP vasitəsilə Türkiyə bazarına ildə 8 milyard kubmet qaz nəql etmək niyyətindədir. Eyni zamanda digər kəmərlər vasitəsilə də Türkiyə bazarına bütövlükdə 10 milyard kubmetr mavi yanacaq nəql edilməsi planlaşdırılır.

2021-ci ildə də Türkiyə-Azərbaycan arasında mavi qaz əməkdaşlığı davam etdiriləcək.

Şuşa Bəyannaməsində də Cənub Qaz Dəhlizinin genişləndirilməsi, bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi əsas istiqamətlərdən biri kimi qeyd olunub. Nəticə etibarilə bu, həm də Naxçıvanın mavi qaza olan tələbatını Türkiyə üzərindən qarşılaması mənasına gəlir. Yəni Türkiyə artıq TANAP kəməri ilə təkcə Azərbaycandan qaz almayacaq, həm də o qazı Naxçıvana ötürə biləcək.

Bu razılaşma Naxçıvanın mavi qaza olan tələbini ödəməklə yanaşı, həm də iki ölkə arasında enerji sahəsindəki əmkdalığın daha da inkişaf etməsinə töhfə verəcək”.

Ekspert bildirib ki, Türkiyə və Azərbaycanın Naxçıvana təbii qaz boru kəmərini çəkməsi həm də ona görə tarixi bir hadisədir ki, bununla Naxçıvan faktiki olaraq blokadadan çıxacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password