“Valday” eksperti: Ermənilər Əliyevə inanır

 

Ermənistan cəmiyyəti bir daha əmin oldu ki, həm keçmiş, həm də indiki rəhbərlərin hamısı danışıqların gedişi və ordunun vəziyyəti haqqında hər şeyi yalan söyləyiblər.

Bu sözləri azərbaycanlı politoloq, “Valday” beynəlxalq klubunun eksperti Fərhad Məmmədov Serj Sərkisyanın BBC-yə verdiyi müsahibəni şərh edərkən bildirib.

“Bu cür müsahibələr nə qədər çox olarsa, erməniləri bizim şərtlərimizlə sülhə razı salmaq bir o qədər asan olar. Artıq bu bir faktdır ki, ermənilər daha çox Azərbaycan Prezidentinin dediklərinə inanırlar. Onların öz rəhbərlərinə bir damcı da inamları qalmayıb. Sərkisyanın və ya Ermənistanın bütün keçmiş rəhbərlərinin danışıqlar prosesinin təfərrüatı barədə söylədikləri yalan çıxdı. Əliyev isə bununla bağlı ancaq həqiqətləri çatdırırdı.

Sərkisyan, hətta Köşəryan da zəif fiqurdur. Bunu son reytinqlər də bunu təsdiqlədi. O özü bunu çox gözəl başa düşür. Sərkisyanın blokunun parlamentə düşməsi də Vanetsyanın sayəsində baş tutacaq. Vanetsyan üçün isə Sərkisyan sadəcə pul kisəsi rolunu oynayır. Vanetsyan maliyyə cəhətdən müstəqil olanda bu gərəksiz yükü özündən uzaqlaşdıracaq”, – deyə ekspert bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password