“Türkiyənin əli güclənir, ən yaxşı dəstəyi verməyə hazırıq” – SOCAR rəsmisi

 

“Təbii qaz təchizatı ilə bağlı müqavilələr yenilənir. Türkiyə masaya daha güclü bir əllə oturacaq. Maliyyətlərin aşağı düşməsini gözləyirik”.

Bunu Azərbaycan Dövlət Neft Şirkəti SOCAR-Türkiyənin baş icraçı direktoru Zaur Qəhrəmanov deyib.

O, “Petkim”, “STAR Rafineri”, “SOCAR Dağıtım”ı və TANAP da daxil olmaqla bu günə qədər Türkiyəyə 19,5 milyard dollar sərmayə yatırıldığını vurğulayıb: “SOCAR-Türkiyə olaraq neft və təbii qaz sahəsində ixtisaslaşmış bir qrupuq və tələb olduğu müddətdə Türkiyəyə ən yaxşı dəstəyimizi verməyə hazırıq. SOCAR olaraq Azərbaycanda və Gürcüstanda uzun illər davam edən təbii qaz paylama təcrübəmizi Türkiyə ilə bölüşməkdən məmnunuq. Qara dənizdəki ehtiyatların iqtisadiyyatımıza qazanc təmin etməsində üzərimizə düşəni etməyə hazırıq”.

Zaur Qəhrəmanov indiyə qədər qoyduqları 19,5 milyard dollarlıq sərmayə ilə Türkiyənin ən böyük xarici investour olduqlarını deyib: “Pandemiya dövründə istehsalımızı fasiləsiz davam etdirdik. Bu dövrdə istehsal proseslərimizin strateji töhfəsini aydın şəkildə müşahidə etdiyimiz “STAR Rafineri” emalı zavodunun əməliyyat qabiliyyətini artırmaq üçün başladığımız əlavə sərmayələri 2022-сi ilə qədər bitirməyi hədəfləyirik. “STAR Rafineri”də səmərəliliyin artırılması üçün 600 milyon dollarlıq anbar yatırmağa davam edirik. Bu sahədəki layihələrimizin tamamlanması ilə “STAR Rafineri”nin investisiya dəyəri təxminən 7 milyard dollara çatıb”.

 

Qara dənizdəki təbii qaz ehtiyatları Türkiyədə qiymətlərin aşağı salınmasına səbəb ola bilərmi?

Zaur Qəhrəmanov qeyd edib ki, bir çox məhsulda olduğu kimi, təbii qazda da qiymət azalması bir sıra dəyişikliyə bağlıdır: “Xüsusən daxili və yenilənə bilən qaynaqların artması, şaxələndirilməsi ilə Türkiyənin təbii qaz maliyyətlərinin azalacağını gözləyirik. Qara dənizdə ehtiyatların tapılması kimi yeni ehtiyatların istismara verilməsi təbii qaz tədarükünü artıracaq və Türkiyənin təbii qaz tədarükündə əlini gücləndirəcək. Bütün bunlar qiymətlərin istehlakçı lehinə dəyişməsinə təsir göstərə biləcək vacib amillərdir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password