“Rusiya bizim başımızda otura bilməz” – Erməni ekspert
“Məhz Rusiyanın mövqeyi Dağlıq Qarabağdakı müharibəni mümkün edib”.
Bu fikirləri Ermənistanın Beynəlxalq Münasibətlər və Təhlükəsizlik İnstitutunun eksperti Ruben Mehrabyan bildirib. Onun sözlərinə görə, “Əslində həm Avropalı tərəfdaşlar, həm də Tramp Amerikası buna göz yumdu. “Bu da Türkiyənin əl-qol açmasına zəmin yaratdı. Başqa sözlə, zaman çox dəqiq bir şəkildə seçildi. Bir şey daha var – Ruslar problemin həlli ilə məşğul deyildilər, sadəcə bu problemin payına girib bizə bir həqiqət təqdim etdilər”- deyə analitik bildirib.
Siyasi şərhçi onu da vurğulayıb ki, 2020-ci ilin payızında Dağlıq Qarabağda münaqişəninj alovlanması Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərindən dərhal sonra baş verib: “Bu, Bakının Rusiya Federasiyasından bir siqnal aldığı qənaətinə gəlməyə imkan verir”.
Mehrabyan hesab edir ki, zaman risklərin, problemlərin və onları aradan qaldırmaq yollarının yenidən qiymətləndirilməsini diktə edəcək: “Bəli, bunlar Rusiya ilə də daxil olmaqla keyfiyyətcə fərqli münasibətlər olacaq. Erməni cəmiyyətində, məncə, Rusiya ilə bağlı illüziyalar yoxdur. Yalnız müəyyən seqmentlərdə ruslara etibar üllüziyası olub. Bəli, Rusiya bölgəmizin vacib bir ölkəsidir. Buna laqeyd yanaşmaq olmaz. Ancaq bu o demək deyil ki, o bizim başımıza oturmalıdır”.
Onun fikrincə, Kremlin Azərbaycan və Türkiyənin Qarabağdakı siyasətinə reaksiyası Rusiyanın bölgədəki niyyətlərinin əsl mənzərəsini göstərdi. “Rusiya Federasiyasından gələn sülhməramlıların ”beynəlxalq mandatı yoxdur, onların Qarabağdakı mövcudluğu nə razılaşma, nə də beynəlxalq müqavilə ilə təsbit olunmur – sadəcə ortaq bəyanat var. Bu məsələ beynəlxalq məkanlarda həll edilməli və həll prosesi beynəlxalq səviyyədə, beynəlxalq bir mandat şəklində olmalıdır”, – deyən Ruben Mehrabyanın sözlərinə görə, ideal format ABŞ, Fransa və Rusiyadan ibarət olan ATƏT qrupunun üç həmsədridir: “Ancaq burada da problem var. Rusiya bir tərəfdən bu formatda qalmaq istəyir, digər tərəfdən Azərbaycan və Türkiyə ilə birbaşa danışıqlara üstünlük verir. Çünki Qərb əleyhinə düşüncələrə söykənən Rusiya yalnız özünü düşünür”.