“Moskva və Ankara İrəvanı Bakı üzərindən idarə edəcək” – Artamonov

 

Rusiyalı hərbi ekspertin fikrincə, bölgədə sülh Moskva və Şuşa bəyannamələri sayəsində mümkündür.

Bu barədə rusiyalı hərbi ekspert, həftəlik “Zvezda” qəzetinin köşə yazarı, “Böyük Asiya” İnternet layihələri xidmətinin rəhbəri Aleksandr Artamonov danışıb.

O bildirib ki, İrəvandakı seçkilər “Sasna Tsrer” partiyasından olan ekstremistlərin belə əhalinin dəstəyini qazana bilmədiyini göstərdi.

Onun sözlərinə görə, yaxın vaxtlara qədər ermənilər dövlət düşüncəsinə sahib deyildilər, çünki mahiyyət etibarilə 20-ci əsrdə formalaşan gənc bir dövlətdir (epik mif və əfsanələr dövrünün tarixi köklərini götürmürük).

“Buna görə də bir çox erməni üçün Qarabağ yaddır. Eyni şey digər ölkələrdə və bölgələrdə müşahidə olunur. Belə ki, Şimali Osetiya Cənubi Osetiyanı öz ərazisinin bir hissəsi hesab etmir. Birləşmədən 30 (demək olar ki) il sonra Almaniya hələ də bir xalqı təmsil etmir – Şərqi Almanlar Qərbi almanlardan bir çox cəhətlərinə görə fərqlənirlər.

Bu baxımdan, artıq Qarabağ üçün müharibə olmayacağını və beynəlxalq birliyin Nikol Paşinyanı Azərbaycanla sərhədlərin müəyyənləşdirilməsi və Zəngəzur lojistik dəhlizinin yaradılması ilə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə məcbur edəcəyini dəqiq proqnozlaşdırmaq mümkündür.

Artamanov vurğulayıb ki, “Ermənistan sakitləşdiriləcək. Azərbaycan isə qarşıdan gələn tarixi perspektivdə münaqişənin aradan qaldırılması istiqamətində son dərəcə dəyərli və müdrik bir xətt çəkib. Bakı yalnız öz zəfərində qazandığı uğurlara söykənən və əylənən qalib rolunu seçmədi. Bakı onsuz da gələcək üzərində işləyir və bölgədə sülhü gücləndirir.

Başqa sözlə, Zaqafqaziyada əsas rol oynayan Azərbaycan üzərindən bölgəni sabitləşdirmək üçün çalışan iki güclü xarici qüvvənin – Moskva və Ankaranın iştirakı ilə ermənilər tərəfindən heç bir düşünülməmiş hərəkət edilə bilməz. Bölgədə yeni bir siyasət quran və güc mərkəzinə çevrilən Bakının əsas maraqları da elə budur.

Putin və Ərdoğanı vasitəçi və ortaqlar kimi çağıran prezident Əliyev idi. Bu qədər güclü bir triumvirat və bütün güclərin mənafeləri ilə təbii olaraq sülh qurulacaqdır. Ancaq yaxın 20 il ərzində erməni və azərbaycanlılar yanaşı yaşamağa hazır olmayacaqlar. Yəni qarşıdurmanın dəhşətlərini unutdurmaq üçün yeni bir nəsil yetişdirmək tələb olunur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password