Bəzi ölkələr tunelin sonunda işıq görürlər, lakin… – Quterreş

 

Pandemiya ümumi problemləri üzə çıxartdı, planetin bütün sakinlərinin qarşılıqlı asılı olmasını və kollektiv tədbirlər görməyin zəruriliyini nümayiş etdirdi. Bu böhrandan daha yaşıl, daha ədalətli və daha davamlı dünya qurmaq şansı kimi istifadə etmək bizim ən böyük problemimiz və eyni zamanda ən böyük imkanımızdır.

Bunu BMT-nin Baş katibi Antonio Quterreş Avropa Parlamentində çıxışında söyləyib.

Quterreş pandemiya ilə əlaqədar aşkar edilmiş problemləri, o cümlədən səhiyyə sistemlərinin effektiv olmamasını, sosial müdafiədə mövcud boşluqları, habelə ölkələr arasında və onların daxilində qeyri-bərabərliyin geniş miqyas almasını xatırladıb.

“Bəzi ölkələr, necə deyərlər, tunelin sonunda işıq görürlər, lakin dünyanın çox yerində virus hələ də qorxulu reallıqdır, bu isə o deməkdir ki, virus bizim hamımız üçün ciddi təhlükə kimi qalır. Bu gün pandemiya bir il əvvəlkinə nisbətən daha çox sayda insanın ölümünə səbəb olur”, – deyən Baş katib daha sonra əlavə edib ki, bu böhrandan çıxmaq üçün yeganə vasitə vaksinlərdir, buna görə də onlar qlobal nemət hesab edilməli və hamı üçün əlçatan olmalıdır.

Afrikada vaksinlərə ehtiyacın miqyasını xatırladan Quterreş avropalılara müraciət edərək bildirib ki, dünya əhalisinin 75 faizini vaksinləşdirmək üçün 11 milyard doza vaksin lazım gələcək.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password