Qabiliyyət imtahanı üzrə qeydiyyat müddəti uzadıldı

 

Dövlət İmtahan Mərkəzi (DİM) bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçməyən abituriyentlərə müraciət edib.

DİM-dən verilən məlumata görə, qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyat iyulun 1-dək uzadılıb.

Ali təhsil müəssisələrinin bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisaslarına (XQTİ) qəbul olmaq istəyən abituriyentlər qabiliyyət imtahanlarında iştirak etmək üçün iyulun 1-dək verilən link (http://eservices.dim.gov.az/qabiliyyet) vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyat üçün yeni imkanın yaradılması (bədən tərbiyəsi və idman istiqaməti üzrə) 31 may – 8 iyun tarixlərində, həmçinin iyunun 21-dən etibarən qeydiyyatdan keçmək imkanı olan, lakin hər hansı bir səbəbdən prosesdə iştirak edə bilməyən abituriyentlər üçün əlavə şansdır.

Bədən tərbiyəsi və idman istiqaməti üzrə Qabiliyyət İmtahanı Komissiyaları (QİK) üzrə aşağıdakı abituriyentlər qeydiyyatdan keçə bilərlər:

– cari ildə buraxılış imtahanı verib nəticələri müsabiqə şərtlərini ödəyənlər;

– müsabiqədə keçən ilki qəbul imtahanının I mərhələsi üzrə (buraxılış imtahnının nəticəsi ilə) topladığı test balı ilə iştirak etmək istəyən əvvəlki ilin məzunları;

– Azərbaycan dili (dövlət dili kimi) imtahanından məqbul qiymət almış abituriyentlər;

Subbakalavrlar, qəbul imtahanının birinci mərhələsini verəcək əvvəlki illərin məzunları və ikinci Azərbaycan dili (dövlət dili kimi) imtahanından (24 iyun) məqbul qiymət alan abituriyentlər üçün qeydiyyat tarixləri elan olunacaqdır.

İmtahanlara hazırlaşmaq üçün metodiki tövsiyələr və bədən tərbiyəsi və idman istiqaməti üzrə normativlər “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2021-ci il 1-ci sayında verilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password