Rus ordusunun Qarabağla sərhədə yeridilməsinin mühüm detalları

 

Erməni mənbələr Azərbaycanla Ermənistan sərhədinin Geğarkunik bölgəsində Rusiya hərbçilərinin yerləşdiriləcəyi məlumatlarını yayıb. Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və baş qərargah rəisi Artak Davtyan məlumatı təsdiqləyir.

Məlumatda diqqət çəkən məqam Rusiya hərbçilərinin sərhədin Azərbaycan yox, Ermənistan tərəfdən olan hissəsində və Sotk-Xoznavar istiqamətində yerləşəcəyidir.

Bu, proseslərin iki mümkün istiqamətdə inkişaf etdiyi ehtimalını önə çıxarır:

Birincisi, Azərbaycan hərbçiləri sərhəddə mövcud olduqları mövqelərdən geri çəkilmir və sərhədlərin müəyyənləşməsi SSRİ xəritələrinə uyğun həyata keçiriləcək;

İkincisi, sərhədlərin müəyyənləşməsi ilə bağlı mövcud olan “beynəlxalq müşahidəçi” təklifi arxa plana keçib.

İkinci məqam həm də Rusiyanın vasitəçiliyi ilə sərhədlərlə bağlı yeni müqavilənin aktuallığından xəbər verir.

Nikol Paşinyan sərhədlərin müəyyən edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə “beynəlxalq müşahidəçilərin” yerləşdirilməsini təklif etmişdi: bu, Azərbaycan və Ermənistan dövlət sərhədinin bütün istiqamətini yox, Kəlbəcər istiqamətində – Sotkdan (Söyüdlü) Qafanın Xoznavar (Xəzinəvar) kəndinə qədər olan ərazini nəzərdə tuturdu.

Qərb ölkələrinin “beynəlxalq müşahidəçi” adı altında bölgəyə gəlməsi məsələsinin gündəmdən çıxması bir neçə kontekstdə əhəmiyyətlidir:

1. SSRİ xəritəsinə uyğun sərhədlərin müəyyənləşməsi ilə bağlı yeni müqavilə imzalanacaq: “beynəlxalq müşahidəçi”lərin gəlişi bu prosesdə əsas əngəl ola bilərdi;
2. Bu müqavilə Azərbaycan və Ermənistanın bir-birinin dövlət sərhədinin tanıması, İrəvanın Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməsi deməkdir;
3. Qərb – ABŞ bölgədə Rusiyaya qarşı alternativ kimi Türkiyənin mövcudluğunu qəbul edir və bu, həm sərhəd, həm Qarabağ məsələsində Bakının əlini ikiqat gücləndirir;

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password