Qarabağda nə qədər erməni qalıb – Separatçıdan ETİRAF
Seçkilərdə Paşinyanın qərargahında olduğu üçün Xankəndidə etirazla qarşılaşan separatçıların başçısı Araik Arutyunyan bunun səbəblərini izah edərkən, “Ermənistana möhtac olduqlarını” deyib və ciddi bir faktı etiraf edib.
“Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” – separatçıların başçısı bununla Paşinyana dəstəyini izah etməyə çalışıb.
35 min “vətəndaş”: Araik hazırda sülhməramlıların nəzarət etdiyi ərazilərdə 35 min erməninin olduğunu etiraf edir.
Halbuki, Rusiya Müdafiə Nazirliyi və separatçıların yaydığı məlumatlarda bu rəqəm iki dəfə və daha çox şişirdilir.
Rusiya Müdafiə Nazirliyi: sonuncu dəfə 52700 erməninin Qarabağa qaytarıldığını açıqlayıb;
Separatçılar: 105 min erməninin qayıtdığını iddia edirdi;
Bu rəqəmlərin şişirdildiyi bilirdik, amma Araikin dediklərini bunun sübutu hesab edə bilərik.
Qarabağa qayıdan ermənilərin bir qisminin verilən yardımı almaq üçün gəldiyi, daha sonra geri qayıtdığı haqda da məlumatlar var.
Asif Nərimanlı