Ərdoğan Baydendən istədiyini aldı – Yunan mediası
NATO sammitində ABŞ və Türkiyə prezidentləri arasında Kabil hava limanı ilə bağlı razılaşma əldə edilməsi yunan ictimaiyyətini narahat edib.
Yunanıstanın “Pentapostagma” qəzeti ABŞ administrasiyasının Türkiyə lehinə qərarlar verməkdə davam etdiyini yazıb:
“Bayden Ərdoğana istədiyi mövzularda güzəştə gedir. Türkiyə Əfqanıstan üçün təzminat tələb etdi və aldı”.
Qeyd edək ki, Ərdoğan və Bayden Kabil hava limanının təhlükəsizliyi ilə bağlı razılığa gəlib. Yaxın zamanda Pentaqondan nümayəndələr məsələ ilə əlaqədar Türkiyəyə gedəcək.