“O, istefa verəndən sonra bu məsələ həll olundu” – Ayvazyan mina xəritələrini vermək istəmirmiş

 

Ermənistan Təhlükəsizlik Şurasının(TŞ) katibi Armen Qriqoryan ölkənin sabiq Xarici İşlər naziri Ara Ayvazyanı ittiham edən açıqlamalarla çıxış edib.

“Azadlıq” radiosuna Ermənistan bürosuna danışan Qriqoryan Ayvazyanın Qarabağdakı minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsinin əleyhinə çıxdığını deyib: “Mayın 27-nə qədər əsirlər problemi həll olunmurdu. Ayvazyan bizim tərəfdaşlarımıza deyirdi ki, mina xəritələri yoxdur, hansı ki, biz onları indi artıq təhvil vermişik. Və o, istefaya gedəndən sonra bu məsələ həll olundu”.

Qriqoryan iddia edib ki, Ayvazyan vəzifədə olduğu dövrdə gizli şəkildə Nikol Paşinyan hökumətinin əleyhinə işləyib. TŞ katibinin dediyinə görə, Ayvazyan nəinki yalan danışırdı, həm də Azərbaycandakı erməni hərbçilərinin geri qaytarılmasına imkan vermirdi. Qriqoryan bildirib ki, məhz Ayvazyan istefa verərək, danışıqlar prosesindən kənarlaşdırılandan sonra erməni hərbçilərilə bağlı məsələ öz həllini tapmağa başlayıb.

TŞ katibinin iddialarına cavab verən Ayvazyan, Qriqoryanın dediklərini absurd hesab etdiyini bildirib və əlavə şərh verməkdən boyu qaçırıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password