Azərbaycan vətəndaşlığını qəbul etmiş dağıstanlı güləşçi İŞİD-in tərkibində öldürüldü

 

Güləş üzrə Azərbaycan yığmasının sabiq üzvü Çamsulvara Çamsulvarayev İraqda öldürülüb.

Çamsulvara İraqda İŞİD sıralarında döyüşürmüş.

O, İraqa getdikdən sonra adını dəyişib və “Al Bara” adını götürübmüş. Çamsulvarayevin həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.

Bildirilir ki, Çamsulvara Dağıstandan olan başqa bir yaraqlı, “Əbu Zeyd” ləqəbli Məhəmməd Əhmədovla birgə öldürülüb.

Xatırladaq ki,Çamsulvara Çamsulvarayev Azərbaycan vətəndaşlığını qəbul etmiş  və 2007 – 2010-cu illərdə ölkəmizi bir sıra turnirlərdə təmsil etmişdir.Pekin Olimpiadasındakı uğursuzluqdan sonra onun idman karyerasına son qoyduğu bildirilir.

/apasport.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password