“Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq” – Ərdoğan

“ATƏT-in Minsk Qrupunun Azərbaycanın işğaldan azad edilmiş ərazilərini təkrar-təkrar görməsi lazımdır”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet iclasından sonra xalqa müraciətində deyib.

Bildirib ki, Türkiyə və Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı əlaqələrdə yeni dönəm başlayıb.

“Qarabağa yenidən həyat verməklə yanaşı, azərbaycanlı qardaşlarımızın bir daha bu cür fəlakətlər yaşamaması üçün bir millət, iki dövlət ruhuna uyğun şəkildə tədbirlərimizi alırıq. Qardaşım Əliyevlə birlikdə imzaladığımız və dünyaya elan etdiyimiz Şuşa Bəyannaməsi ilə əlaqələrimizdə yeni bir dönəm başlatdıq. Bu bəyannamə çərçivəsində bir çox anlaşmanı çox yaxın zamanda Türkiyə və Azərbaycan olaraq imza altına alacaq, beləcə qardaşlığımızın hüquqi təməlini daha da gücləndirəcəyik. Şuşa Baş Konsulluğumuzun ən qısa müddətdə açılmasından Zəngəzur dəhlizinin bir an öncə işləməsinə qədər gündəmimizdəki hər bir başlığı qərarlılıqla və sürətlə həyata keçirəcəyik. Önümüzdəki aylarda ölkəmizdə gerçəkləşdirəcəyimiz Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında bu xüsuslarla əlaqəli konkret addımların çoxunu atmağı planlaşdırırıq”,- deyə R.T Ərdoğan bildirib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password