“Paşinyan Koçaryanı həbs edib Azərbaycana versin!”
“Paşinyan üçün ən düzgün çıxış yolu əli minlərlə azərbaycanlının qanına batmış, hərbi cani, korrupsioner Koçaryanı həbs edib, Azərbaycana təhvil vermək olardı. Yoxsa, Koçaryan aranı qarışdıra bilər”.
Bunu Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrini şərh edən Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyib.
O, bildirib ki, bu saata olan nəticələrə görə Nikol Paşinyan hökuməti təkbaşına formalaşdıracaq:
“Paşinyanın tərəfdarları onun qələbəsinin qeyd etmək üçün partiyanın qərargahı qarşısına toplaşıb, Paşinyan iyunun 21-də Respublika meydanında mitinq elan edib, Koçaryan seçkinin nəticələrini tanımayacağını bildirib.
Məlumatınız üçün qeyd edim ki, bir partiyanın hökuməti təkbaşına formalaşdırması üçün parlamentdəki yerlərin 54 faizinə sahib çıxması lazımdır.
İlkin nəticələr göstərir ki, ermənilə keçmişi deyil, gələcəyi seçiblər”.