Putin Baydenə rəqib deyil, təhlükədir! – Rus ekspert

 

Sammit və ona qədərki dinamika göstərdi ki, Rusiya amerikan siyasətinin dəyişikliklərindən asılıdır, lakin özünün müqavimətini də qorumaqdadır.

Bu sözləri rusiyalı politoloq Dmitri Mixayliçenko Putin-Bayden görüşünü şərh edərkən deyib.

“Putin Rusiyası Co Bayden və Kamala Harris administrasiyası üçün uzunvədəli rəqibdən daha çox təhdiddir. Strateji rəqib isə Çindir. Bayden seçkiləri antirusiya ritorikası hesabına qazanıb. Bu dövr daxili siyasət, Donald Tramp üzərində qələbə üçün lazım idi. Lakin Rusiya ilə münasibətlərə ciddi zərbə vurdu. İndi isə bu münasibətlərin bərpasının zamanı çatdı.

Demokratlar və Vladimir Putini sevməyən eks-prezident Barak Obama Rusiyaya anidən hücum etməyi gözə ala bilməzlər. Çünki belə addım Rusiya-Çin ittifaqının güclənməsi üçün bir platforma yaradır və bu, ABŞ-da geosiyasi səhv olaraq qəbul edilə bilər”, – deyə ekspert bildirib.

Qeyd edək ki, ötən gün Bayden və Putin arasında görüş keçirilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password