Pandemiyanın uşaqlara vurduğu ziyan: Nə etməli?
Yüksək təzyiq probleminə artıq uşaqlar arasında da tez-tez rast gəlinir.
Türkiyəli həkim Cahangir Ağgün bununla bağlı önəmli açıqlamalar verib.
O qeyd edib ki, əvvəllər qaçan, oynayan uşaqlar artıq çölə çıxa bilmədikləri üçün saatlarla ya telefon, tablet, ya da televizor, kompüter başında vaxt keçirirlər:
“Bu isə artıq çəki, hipertoniya və insulin probleminə yol açır. Bir çox ailə pandemiyada sağlam qidaları “fəst fud” kimi qidalarla əvəzləyib. Ən çox istifadə edilən qazlı, şirin içkilər isə yüksək təzyiqin yaranmasında əsas səbəblərdəndir. Televizor qarşısında çipsi, kraker kimi monosodium qlutamat adlanan, xalq arasında “Çin duzu” olaraq bilinən qatqı maddələrdən ibarət olan qidalar da hipertoniya üçün risk yaradan digər səbəblərdən biridir”.
Qulaq batması və baş ağrısı
Professor Ağgün bildirib ki, çölə çıxa bilməyən uşaqlar çox ciddi psixoloji streslərə məruz qalırlar:
“Bu uşaqlar valideynləri tərəfindən baş ağrısı, burun qanaması, qulaq batması, görmə pozuntuları şikayətləri ilə poliklinikalara üz tuturlar. Nəticədə isə uşaqlara yüksək təzyiq (hipertoniya), artıq çəki və insulin dirənci diaqnozu qoyulur”.
10 yaşında təzyiq xəstəsi
Əvvəllər 30-40 yaşlarından sonra yaranan təzyiq probleminə artıq 10-12 yaşlılarda da rast gəlinir:
“Bu uşaqların bir qismi yaşam tərzini dəyişir, bəziləri isə dərman qəbul edərək həyatlarına davam edirlər. Bu xəstəliklən qorunmaq üçün uşaqları idmana meyilləndirməli, kompüter, televizor, telefon kimi alətlərdən uzaq tutmaq lazımdır”.