Ərdoğandan Bakıdan Ermənistana sərhəd mesajı
Naxçıvanla Bakını bağlayacaq Zəngəzur dəhlizinin açılması xüsusi əhəmiyyətə malikdir. Dəmir yolu ilə ermənilər Moskvaya və dünyaya çata biləcəklər. Qardaşımla birlikdə təklifimizi ifadə etdik. Bildirdik ki, gəlin, regionun 6 ölkəsinin işirakı ilə platforma yaradaq.
Bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Milli Məclisdə çıxışı zamanı deyib.
Türkiyə dövlət başçısı əlavə edib ki, bu platforma ilə birlikdə bölgədə sükunət yaranacaq, düşmənçilik aradan qalxacaq:
“Təbii burada Gürcüstanın özünə aid sualları var. Gürcüstan baş nazirinin Türkiyəyə səfəri zamanı bu mövzuda danışdıq. Bildirdim ki, biz Ermənistanla aramızdakı problemləri bilirik, amma buna rəğmən bu addımın atılmasında problem görmürük. Təbii ki, Gürcüstanın da Ruiya ilə bağlı bəzi problemləri var. Ancaq sıxıntılarınızı aşmaq üçün bu platforma kömək olar. Bu bölgənin sülhə ehtiyacı var. Ermənistan Azərbaycanla problemi həll etdikcə, biz də lazımı addımları atacağıq. Türkiyə ilə Ermənistan sərhədlərinin açılmasının Ermənistan üçün nə dərəcədə lazım olduğu ortadadır”.
Türkiyə lideri deyib ki, Azərbaycana NATO zirvə görüşündən gəlib:
“Uğurlu görüşlərlə bura gəldik. Amma dünyanın problemləri bitmir. Ancaq biz bərabər olsaq, Allah izni ilə bunları həll edərik”.