Şuşa Bəyannaməsindən sonra Xankəndidə nə oldu?

 

Xankəndidə separatçı rejim “işğal olunmuş ərazilər haqqında” qondarma “qanun layihəsi” hazırlayıb. Hədəf məlumdur:

– Keçmiş DQMR sərhədlərinə daxil olan ərazilərin yenidən işğal edilməsi;
– “Status” məsələsinin dəfn edilməsinin qarşısının alınması;

Birinci hədəf mümkün deyil, ikincini davamlı gündəmdə saxlamaq istəyirlər. Hərçənd, bunun niyə indi – Şuşa bəyannaməsinin imzalanmasından bir gün sonra edilməsi “müəllifin” separatçı rejim olmadığı fikrini də önə çıxarır.

Araik Arutyunyanın Rusiyaya səfərindən sonra Xankəndidəki separatçıların təlimat mərkəzinin İrəvandan Moskvaya dəyişdiyini bilirik. İstisna deyil ki, “ideyanın” müəllifi ruslardır. Çünki Şuşa bəyannaməsi Qarabağda da situasiyanı dəyişdirdi.

1. Azərbaycan sərhədləri daxilində dövlət suverenliyinə təhdid olan “status” istəklərinin qarşısında artıq Bakı ilə yanaşı, Ankara da rəsmi olaraq mövcuddur və Türkiyə faktoru üçüncü ölkələrin müdaxiləsinin qarşısını alır;
2. Bu, həm də Xankəndidəki separatçıların taleyinin necə olacağını müəyyənləşdirdi: ya qaçmalı, ya da zərərsizləşdirilməlidir;
3. Separatçılar Rusiya üçün erməni qoşunlarının çıxarılmasından sonra bölgədə istifadə edəcəkləri əsas rıçaqlardandır və bəyannamə bu rıçaqları da neytrallaşdırır;

Bu kontekstdə Şuşada imzaların atılmasından bir gün sonra Xankəndidə separatçıların irəli sürdüyü qondarma “qanun layihəsi” onların “sağ qalmasına” və “status” məsələsinin diri saxlanılmasına hesablanıb. Hərçənd, Şuşa bəyannaməsi belə cəhdlərin baş tutması gözləntilərini zəiflədir.

Burada separatçıların 44 günlük müharibədən öncə Ermənistanın müharibəni yetişdirən addımlarına bənzər addımlar atması da diqqət çəkir: qondarma “qanun layihəsi” ermənilərin yeni işğal planını elan etməsi deməkdir və bu, separatçıların neytrallaşdırılmasını zəruri edir.

Asif Nərimanlı

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password