Şuşa Bəyannaməsi tarixə nümunəvi bir sənəd kimi düşəcək – Türk Şurasının Baş katibi

 

Şuşa Bəyannaməsi tarixə nümunəvi bir sənəd kimi düşəcək.

Bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amrayev Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı yaydığı bəyanatda deyib.

Baş katib Türk dünyasının qədim mədəniyyət beşiyi Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasını alqışladığını qeyd edib: “Şuşa Bəyannaməsində bütün Türk dünyasında mövcud olan həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir çox mühüm maddə var. Bu baxımdan, Şuşa Bəyannaməsi türklük şüuru ilə Türk dövlətləri arasındakı hərtərəfli iş birliyinin daha yüksək səviyyələrə necə qalxdığını göstərən nümunəvi bir sənəd kimi tarixə düşəcək”.

Baş katibin sözlərinə görə, bəyannamə yalnız iki ölkənin və xalqlarının mənafeyinə deyil, bütün Türk dünyasının mənafelərinə xidmət edəcək və bəyannamə təşkilat çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığın ardıcıllığının təsdiqidir.

Bağdad Amrayev vurğulayıb ki, Şuşa Bəyannaməsi regional sülh, sabitlik və rifah üçün güclü çağırışdır: “Şuşa Bəyannaməsi bölgə ölkələrini bütün tərəflərin xeyrinə konkret layihələr vasitəsilə Cənubi Qafqazda yeni sülh və sabitlik bölgəsi yaratmağa dəvət edir. İnanıram ki, Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərini siyasi və hüquqi mexanizmlər vasitəsilə inkişaf etdirmək əzmi Türk Şurasına üzv olan və müşahidəçi dövlətlər arasında və bölgədə hərtərəfli əməkdaşlıq prosesini daha da gücləndirəcək”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password