Qars Logistika Mərkəzinin açılışı üçün son işlər aparılır

 

İnşaatına 2017-ci ildə başlanılan Qars Logistika Mərkəzində tikinti işləri başa çatıb. 2020-ci ilin dekabr ayında logistika mərkəzində sınaq məqsədilə yüklər qəbul olunub və hazırda Qars Logistika Mərkəzinin açılışı üçün yekun işlər aparılır.

Bunu özəl müsahibəsində Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

O qeyd edib ki, 16 kilometrlik dəmir yolu və 5,5 kilometrlik qovşaq xətti olan mərkəzin istismara verilməsi çox ciddi iş imkanları yaradacaq.

Qars Logistika Mərkəzinin açılması ilə Türkiyə logistika sektorunda 412 milyon ton həcmində yükdaşıma imkanı əldə edəcək:

“Qars Logistika Mərkəzi Sivasdakı yüksək sürətli dəmiryolu xətti ilə birləşərək Sivas-Qars və Bakı-Tiflis-Qars dəmir yolunu daha önəmli hala gətirəcək. Ümumilikdə 2 milyon ton yük qəbul edəcək Qars Logistika Mərkəzi ilə illik 140 milyon 972 min lirə gəlir təmin ediləcək”.

Türkiyənin 2023-cü ilə yönəlmiş hədəfləri arasında logistika mərkəzlərinə xüsusi önəm verildiyini qeyd edən nazir bildirib ki, Türkiyə dəniz, hava, quru və dəmir yol nəqliyyatı üzrə logistika sahəsində super güc olmaqdadır və bu bölgə ölkələrini də yaxından maraqlandırır.

A.Karaismailoğlunun sözlərinə görə, Türkiyə gələcəyə yönəlmiş nəhəng layihələrə hazırlaşarkən 2023-cü il və sonrakı illər üçün logistika ilə bağlı Baş Plana uyğun hərəkət edir və yük daşınmasında bütün bölgənin inkişafına rəvac verəcək önəmli infrastruktur qurur:

“Hər bir liman və logistika mərkəzimiz bizim üçün strateji əhəmiyyət daşımaqdadır. 2023-cü ilə qədər inşası davam edən “Becek Bozhöyük”, “Kayseri Boğazköprü”, “İzmit Köseköy” və “Sivas” logistika mərkəzlərinin tikintisinin tamamlanması ilə logistika mərkəzlərimizin sayını 11-dən 15-ə çatdıracağıq. Egey dənizi, Aralıq dənizi və Qara dənizdə dəniz nəqliyyatı sahəsindəki üstünlüklərimizi artıracaq liman investisiyalarımız davam edir. İyunun 4-də Qara dənizin qərbindəki Filyos limanımızı açdıq və “Rize İyidere” limanımızın inşasını bir il içində tamamlamağı hədəfləyirik. Eyni zamanda Türkiyə Respublikası Dövlət Dəmir Yolları tərəfindən Haydarpaşa və İzmir limanlarında işlər həyata keçirilir. “Derince”, “Bandırma”, “Samsun”, “İskenderun” və “Mersin” limanlarında isə özəl müəssisələr tikinti aparır”.

Onun sözlərinə görə, 2023-cü ilə qədər Türkiyədə 25 logistika mərkəzinin hamısının açılması ilə ümumilikdə 35,6 milyon ton əlavə nəqliyyat tutumu, 12,8 milyon kvadrat metr konteyner ehtiyatı və fəaliyyət sahəsi əldə ediləcək:

“Logistika mərkəzlərimiz dəmir yollarında olduğu kimi liman sektorumuzun gücləndirilməsində də əhəmiyyətli rol oynayacaq”./trend.az

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password