Bayden və Ərdoğanın razılığa gəldiyi üç məsələ – Şok anlaşma

 

Əldə edilən məlumata görə, Türkiyə və ABŞ liderləri Xəlifə Haftarın Liviyanın, Bəşər Əsədin isə Suriyanın gələcəyində yeri olmadığı məsələlərində razılığa gəliblər.

Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Bundan başqa, ABŞ-ın Əfqanıstandan çəkilməsindən sonra Türkiyənin Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyinə zəmanət verəcəyi və Əfqanıstan hökuməti ilə Taliban arasında sülh danışıqlarına ev sahibliyi edəcəyi barədə razılığa gəlindiyi də bildirilib.

Eyni zamanda, Bayden və Ərdoğanın qarşıdakı dövrdə Türkiyə-ABŞ münasibətlərinin gücləndirilməsi, bütün məsələlərdə sıx təmasın saxlanılması və konstruktiv əməkdaşlıq üçün dialoq kanallarından səmərəli istifadə olunması barədə də anlaşdığı qeyd olunub.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password