AVRO-2020 – “Ölüm qrupu”nda mübarizə başlayır

 

Bu gün futbol üzrə Avropa çempionatında daha iki oyun keçiriləcək.

Bu gün sonuncu – F qrupunun görüşləri ilə I tura yekun vurulacaq.

Günün ilk matçı Macarıstanda yerli yığma ilə turnirin son qalibi Portuqaliya arasında olacaq. Budapeştdəki “Puşkaş Arena”da gerçəkləşəcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Oyunu türkiyəli FIFA referisi Cüneyt Çakır idarə edəcək.

Digər matçda isə Avropa çempionatının 2 əsas favoriti – Almaniya və Fransa milli komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Münhendəki eyniadlı areanda baş tutacaq görüşün baş hakimi ispaniyalı Karlos del Serro Qrande olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. İki komanda ilk dəfə hansısa böyük turnirin qrup mərhələsində üz-üzə gələcək. Sonuncu dəfə AVRO-2016-nın yarımfinalına təsadüf edən dueldə fransızlar 2:0 hesablı qələbə qazanıblar.

Avropa çempionatı

F qrupu, I tur

20:00. Macarıstan – Portuqaliya

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Budapeşt, “Puşkaş Arena”

23:00. Fransa – Almaniya

Baş hakim: Karlos del Serro Qrande

Münhen, “Münhen Futbol Arenası”

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password