Ərdoğanın Şuşaya gəlişi böyük əhəmiyyət kəsb edir

 

Bir millət, iki dövlət olaraq Türkiyə ilə münasibətlərimiz dostluq və qardaşlıqdan irəlidir.

Bunu açıqlamasında millət vəkili Arzu Nağıyev deyib.

Deputat bildirib ki, 44 günlük Vətən müharibəsi ərəfəsində və müharibə getdiyi müddətdə Türkiyə Azərbaycanın yanında olub: “Türkiyə NATO-ya üzv olmasına baxmayaraq, müxtəlif təzyiqlərə məruz qalsa da, daim Azərbaycanın yanında yer aldı. İqtisadi, siyasi, hərbi cəhətdən bizə dəstək göstərdi. Rəcəb Tayyib Ərdoğanın Şuşaya gəlişi və bunu özünün elan etməsi böyük əhəmiyyət kəsb edir”.

 

A.Nağıyev qeyd edib ki, Ərdoğan Şuşada mühüm bəyanatlar səsləndirə bilər: “Məlumdur ki, müharibədən sonra regional dövlətlərlə bağlı altılıq platformasının yaradılması məsələsi də gündəmə gətirilib və bu barədə çağırış olub. Bir sıra mühüm obyektlərin açılışı, eyni zamanda Ağdamdakı Monitorinq Mərkəzində Türkiyənin yer alması bizim qardaşlığımızın ən mühüm təzahürüdür”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password