Qənirə Paşayeva MM-də kimi tənqid edib? – Açıqlama

 

Mənim Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında etdiyim çıxışın bəzi sosial media iştirakçıları tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN), nazir Sahil Babayevin ünvanına deyilmiş kimi təqdim olunduğunu gördüm. Qeyd etmək istərdim ki, bu, tam yanlış qənaətdir.

Bu sözləri MM-in Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bugünkü çıxışı ilə bağlı sosial şəbəkədə paylaşdığı açıqlamasında bildirib.

“Bugünkü çıxışıma, çıxışın mətninə diqqət etmiş tamaşaçı, dinləyici və oxuculara da bəlli olduğu kimi, mən orada nəinki ƏƏSMN-in fəaliyyətini tənqid etmişəm, əksinə, bu nazirliyə etdiyimiz bütün müraciətlərin operativ və qanunauyğun şəkildə müsbət cavanlandırıldığını qeyd etmişəm. Çünki nazir Sahil Babayevə və nazirlik rəsmilərinə vətəndaşlarımızla bağlı etdiyimiz müraciətlərə hər zaman çox qısa zamanda cavablar verilib və onlar operativ şəkildə hər zaman məsələni nəzarətə götürüblər.

Mənim qaldırdığım məsələ 1992-97-ci illərdə ərazi bütövlüyümüzün bərpası uğrunda döyüşlərin iştirakçısı olarkən yaralanmış və sonradan sağlamlıqlarına dəymiş zərərə görə əlillik təyin olunmuş bir qrup müharibə əlili vətəndaşımızla bağlı olub. Bu kateqoriyadan olan bəzi vətəndaşlarımız bizə müraciət edərək onlara ödənməli olan sığorta pulu ilə bağlı məhkəmə qərarlarının olmasına baxmayaq, hələ də ödənişin gerçəkləşmədiyini və bu məsələdə dəstək göstərilməsini xahiş ediblər. Dövlət sığorta kommersiya qurumundan (Azərsığorta) bu barədə soruşduqda bildirirlər ki, bu məsələnin həlli Mərkəzi Bank və Maliyyə Nazirliyinin diqqətindədir. Amma “Nə zaman məhkəmə qərarı icra ediləcək” sualımıza “Azərsığorta” rəsmilərindən nə vətəndaş, nə də biz konkret cavab ala bilirik.

Ümid edirəm ki, əlində məhkəmə qərarı olan 600-dən çox müharibə əlillinin ciddi narahatlığına adıçəkilən qurumlar çox qısa zamanda aydınlıq gətirib problemi həll edəcəklər”, – millət vəkili qeyd edib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password