Ukrayna ordusu böyük sürpriz hazırlayır – Jiroxov
Donbasda mümkün əməliyyat zamanı PUA-ların istifadəsinin effektivliyi məsələsini nəzərdən keçirsək, bu, həqiqətən müəyyən maraq doğurur.
Bunu ukraynalı hərbi ekspert Mixail Jiroxov deyib.
“İlk növbədə işğalçıların hansı silahlara sahib olduğunu bilmək lazımdır. Bunlar yaxın məsafəli “Strela-10”, “Osa-AKM” və “Tunquska” hava hücumundan müdafiə sistemləridir. Amma “Tunquska”lar Yaxın Şərqdə Türkiyə və İsrail aviasiyası ilə qarşılaşdılar və ciddi itkiyə məruz qaldılar. Məlum oldu ki, bu komplekslər PUA-larla mübarizədə tamamilə köməksizdilər”, – Jiroxov bildirib.
Ekspert bununla yanaşı qeyd edib ki, Donbasdakı mümkün müharibənin Qafqazdakı kimi olacağına, “Bayraqdar”ların uğurlarını davam etdirəcəyinə inanmaq olmaz: “Hərbçilərimiz bütün məlumatları diqqətlə təhlil edir və bilirlər ki, Donbasdakı silahlı birləşmələrdə radioelektron mübarizə vasitələri Ermənistandakından çoxdur. Buna görə də türk PUA-larının istifadəsinin tamamilə fərqli bir sxemi hazırlanır. İndi Ukrayna ordusu müxtəlif strategiyalar qurur, bunlardan bəziləri işğalçılar üçün böyük bir sürpriz olacaq”./axar.az