“Mehri dəhlizi ilə bağlı Azərbaycan və Türkiyənin geniş hədəfləri var” – Koçaryan
“Ermənistan” bloku bölgədə kommunikasiyaların açılmasının tərəfdarıdır, lakin “Mehri Dəhlizi” anlayışına qarşıdır”.
Ermənistanın “news.am” saytının xəbərinə görə, bu fikirləri Ermənistanın ikinci prezidenti Robert Koçaryan səsləndirib. Koçaryan öz sərsəm fikirlərini yenə ermənilərə sırımağa çalışıb: “Hamının bunu düzgün başa düşməsini istərdim. Biz rabitə əlaqələrinin açılmasının tərəfdarıyıq. Yolların açılmasına qarşı çıxmaq anormallıq olardı. Ancaq dəhliz sözü məni narahat edir. Çünki Azərbaycanda və Türkiyədə dəhliz sözündən nə anladıqlarını bilirəm. Bu, Ermənistanın dəhliz ərazisindəki suverenliyini məhdudlaşdırmaq deməkdir. Bu qəbul edilə bilməz” –deyə Koçaryan vurğulayıb.
Ermənistanın sabiq prezidenti deyib ki, bütün yollar açılmalıdır və bu hər kəs üçün faydalıdır: “Müasir dünyada blokadaların olması yaxşı deyil. Ancaq bundan artıq olmamalıdır. Çünki Azərbaycan və Türkiyənin geniş hədəfləri var. Əvvəlcə bir dəhliz, sonra çox, sonra daha böyük… Nəticədə Ermənistan üçün ciddi bir təhlükəsizlik problemi ortaya çıxacaq” – deyə Koçaryan əlavə edib.
Koçaryanın bu açıqlamaları Ermənistanda seçkiqabağı proseslərin gərginləşdiyini deməyə əsas verir. Digər tərəfdən Azərbaycanın qətiyyəti, əldə olunan razılaşmaların yerinə yetirilməsinin Ermənistandan tələb olunması (bura Mehri dəhzlizinin açılması, sərhədlərin müəyyənləşdirilməsi və digər məsələlər daxildir) Koçaryan və onun kimi revanşistlərə dəstək verənləri əməlli-başlı qorxuya salıb.