Şəmistan Əlizamanlı Türkiyənin məşhur serialında
“Türkiyədən tarixi “Quruluş Osman” filminə dəvət almışam. O filmə hazırlaşırıq. Yaxın günlərdə qardaş ölkəyə səfər edəcəm. Bundan əlavə, ordumuzun qələbəsindən sonra vətənpərvərlik ruhunda olan mahnılar var ki, onları yazmağı düşünürəm. Bizim möhtəşəm qələbəmizi əhatə edən şeir axtarışındayam. Belə bir şeirin yazılmasını istəyirəm və gözləyirəm”.
Bunu açıqlamasında Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı deyib.
O, Qarabağdakı mövcud vəziyyəti belə qiymətləndirib:
“Qarabağdak təxribatlar müvəqqətidir. Onlar məğlubiyyətlə barışmaq istəmirlər. Azərbaycan ordusu öz vəzifəsini yerinə yetirir. Artıq bizim hərbi birləşmələr dislokasiya olunur. Ərazilərimiz minalardan təmizlənir. Havalar da açıldığı üçün ordumuz tam əlverişli şəkildə xidmətini həyata keçirir. Təxribatlarla bağlı narahatlıqlara tezliklə son qoyulacağına inanıram. Qarabağda Azərbaycanın qanunları hökm sürəcək. Yaxın zamanlarda pasport rejiminin reallaşacağını gözləyirəm. Xalqımız narahat olmasın”.