“Sülhməramlılar bilərəkdən minaların xəritələrini alıb Azərbaycana təhvil vermirlər” – AÇIQLAMA
“İki media əməkdaşımız, Sirac Abışov və Məhərrəm İbrahimovun Kəlbəcər rayonu ərazisində xain düşmən tərəfindən basdırdığı minaların partlaması nəticəsində həlak olması, Azərbaycan tərəfi üçün iki məsələdə qəti fikirə gəlməyə imkan yaratdı”.
Bu fikirləri açıqlamasında politoloq Elxan şahinoğlu səsləndirib. Onun sözlərinə görə, Ermənistan və ona dəstək verən qüvvələr Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını istəmir: “Məhz buna görə də, Ermənistana dəstək verən qüvvələr və dairələr mümkün variantlardan istifadə edərək tərəflər arasında daimi qarşıdurmaya can atırlar.
İkincisi, Ermənistan tərəfi I Qarabağ savaşı zamanı və ondan sonrakı mərhələdə basdırdığı minaların xəritəsini qəsdən yuvadır ki, Azərbaycan tərəfi daha çox itki versin. Təbii ki, münaqişənin həllində özünü vasitəçi göstərməyə çalışan və əslində isə əməlləri ilə bunun tam əksini sərgiləyən rus “sülhməramlıları” bilərəkdən ermənilərdən basdırılmış minaların xəritələrini alıb Azərbaycana təhvil vermirlər. Hesab edirəm ki, sözügedən xəritələr həmin “sülhməramlılar”da da var. Əgər Dağlıq Qarabağ və ətraf rayonlarda yalnız basdırılmış minalardan Azərbaycanlılar əziyyət çəkirlərsə, deməli həmin xəritələr ermənilərlə yanaşı “sülhməramlılar”ın əlində də mövcuddur”.