Rayonlarda kirayə evlərin qiyməti bahalaşır – turistlərə görə

 

Bu il pandemiya səbəbindən xaricə istirahətə gedən Azərbaycan vətəndaşlarının sayında xeyli azalma var və bu səbəbdən də insalar istirahət üçün regionlara üz tuturlar. Bu isə rayonlarda istirahət üçün nəzərədə tutulan kirayə evlərin qiymətində artıma səbəb olur.

Məsələ ilə bağlı açıqlama verən turizm məsələləri üzrə ekspert Ceyhun Aşırov bildirib ki, hələki pandemiya səbəbindən dünyada məhdudiyyətlər davam edir və Azərbaycan da istisna deyil:

“Hələ də bəzi ölkələr sərhədləri tam bağlı saxlayıb, bəzi ölkələrdə yumşalmalar var, amma ümumi turist axınıda məhdudiyyətlər davam edir. 2019-cu ildə Azərbaycan əhalisinin yarıdan çoxu, yəni təqribən 5 milyon nəfərdən çox vətəndaş xaricə səfər etmişdi. Məlumdur ki, hazırda sərhədlər bağlıdır və ya məhdudiyyətlər qoyulub. Bu baxımdan gözlənilən odur ki, insanlarımız istirahət üçün daha çox regionlara səfər edəcək.

Baxmayaraq ki, müəyyən Azərbaycan vətəndaşları yenə də xaricə üz tuturlar, amma buara kəskin azalma olacaq, yəni əvvəlki illərdə olduğu kimi beş milyondan çox insan xaricə səfər etməyəcək. İnsanların böyük əksəriyyəti bu yay öz istirahətini regionlarda keçirəcəklər. Bu da o deməkdir ki, regionlarda istirahədə tələb xeyli artacaq. Tələb artanda isə iqtisadi qanunlara uyğun olaraq qiymətlərdə də artım müşahidə olunacaq.

Bununla yanaşı regionlarda turistlərə təklif edilən evlərin sayı da artır. Çünki qiymətlərin artması regionda insanları təşviq edir ki, qısa zamanda öz evlərini müəyyən standartlara salaraq yerli turistlərə təklif etsinlər. Hazırda həftə sonları doluluqla keçir. Rayonlar arası ictimai nəqliyyatın bərpası da müəyyən qədər reyonlara gedənlərin sayında artıma artıma səbəb olub. Gözlənilən odur ki, məktəblərdə dərslərin başa çatmasından, yəni iyun ayının ortasından sonra da regionlara gedənlərin sayında artım daha çox hiss olunacaq. Qiymətlərdə bazara uyğun formalaşır və ehtimal edilir ki, qiymətlər xüsusilə həftə sonu artacaq”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password