İnterpol rəisləri Ankaraya toplanır

 

Türkiyə Beynəlxalq Cinayət Polis İdarəsinin (İnterpol) 89-cu Baş Assambleyası iclasına ev sahibliyi edəcək.

“TRT Haber”in xəbərinə görə, bu barədə Xarici işlər nazirinin müavini Yavuz Səlim Kıran məlumat yayıb.

İnterpol rəisləri Ankaraya TOPLANIR

Bildirib ki, Türkiyə bununla təşkilatla münasibətlərini konstruktiv anlayışla davam etdirmək əzmində olduğunu növbəti dəfə təsdiqləyəcək.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) Xarici İşlər Komitəsinin iyunun 2-də keçirilən iclasında, Türkiyə ilə Beynəlxalq Cinayət Polis İdarəsi (İnterpol) arasında 2021-ci ildə İstanbulda təşkil ediləcək 89-cu Baş Assambleya yığıncağı və İcraiyyə Komitəsinin iclaslarında Güzəştlər və imtiyazlara dair razılaşmanın təsdiq edilməsi məqsədəuyğun hesab edilib.

Xarici İşlər Nazirinin müavini Türkiyənin 194 üzvü olan İnterpolun qurucu üzvlərindən biri olduğuna diqqət çəkib və bütün ölkələrdən yüksək səviyyəli polis nümayəndələrinin qatıldığı Baş Məclisin ən yüksək səviyyəli səlahiyyətli orqan olduğunu vurğulayıb. İldə bir dəfə təşkil olunan Baş Məclisin iclaslarının beynəlxalq cinayətlərə qarşı təsirli mübarizə üçün həyata keçiriləsi tədbirlərin müzakirəsinə, problemlərin həllinə, yeni metod və texnikaların qiymətləndirilməsinə zəmin yaratdığını ifadə edib. Türkiyənin daha əvvəl də iki dəfə Baş Assambleya yığıncağına ev sahibliyi etdiyini xatırladıb.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password