Türkiyənin Baş prokuroru Gəncədə – Erməni terrorunun qurbanları yad edildi

 

Azərbaycanın və Türkiyənin Baş prokurorları Gəncədə Ermənistanın raket atəşi nəticəsində dağılan ərazidə olublar

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru Bəkir Şahinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 2-də Gəncəyə səfər çərçivəsində xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramlarını bildiriblər.

Səfər çərçivəsində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsi ziyarət edilib, burada yaradılan şəraitlə tanışlıq olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan olunduğu qonaqların diqqətinə çatdırılıb, dünya şöhrətli şairin irsi barədə heyət üzvlərinə ətraflı məlumat verilib.

Daha sonra nümayəndə heyəti Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan ərazilərə baş çəkib. Qonaqlar günahsız mülki insanlara qarşı həyata keçirilmiş erməni hərbi cinayətlərinin nəticələri ilə yerində tanış olub.

Nümayəndə heyətinin erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüblər.

Məlumat verilib ki, cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncə Ermənistan tərəfindən ümumilikdə beş dəfə ağır artilleriya və raket zərbələri ilə atəşə tutulub. Raket hücumları nəticəsində Gəncənin tarixi və dini abidələri, təhsil və səhiyyə ocaqları da zərər görüb.

Daha sonra qonaqlar Gəncə Şəhər Prokurorluğunun inzibati binasında yaradılmış şəraitlə tanış olublar. Onlara prokurorluğun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password